22/12/2023
22 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının növbəti iclası (əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Riyaziyyat və Mexanika İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı, r.ü.f.d. […]
22/12/2023
Dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin deputatları, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarının direktorları, YAP ərazi partiya təşkilatının nümayəndələri və gənc alimləri iştirak ediblər. İclasdan öncə “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın […]
22/12/2023
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Tarixi gün: Xankəndidə “Qarabağ” – MOİK oyunu” başlıqlı icmal yer alıb. Qəzetin bu sayında akademik İsa Həbibbəylinin “İlham Əliyev ən layiqli lider, böyük şans və tam düzgün seçimdir” başlıqlı məqaləsi, Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı, eləcə də AMEA rəhbərliyinin iştirakı ilə akademik Ziya […]
22/12/2023
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri professoru Vüqar İsmayılov və “Funksional analiz” şöbəsinin aparıcı elmi işçisi f.-r.e.n. Namiq Quliyevin 2018-ci ildə Neural Networks və 2016-cı ildə Neural Computation jurnallarında çap etdirdikləri birgə məqalələr yüksək qiymətləndirilmişdir. Amerikanın Memfis universitetinin professoru George Anastassiou öz «Approximation of Brownian Motion on […]
21/12/2023
İsveçrənin Sürix Texniki Ali Məktəbinin (ETH Zurich) tədqiqatçıları məşhur “Labirint” oyununda insanları məğlub edən “CyberRunner” adlı süni intellektli robot yaradıblar. İlk dəfədir ki, süni intellekt öz fiziki bacarıqlarından istifadə edərək insanları məğlub edir. Əvvəllər süni intellekt insanları virtual şahmat, qo və ya kart oyunlarında məğlub etməklə yalnız intellektual qabiliyyətlərini nümayiş etdirib. Təcrübələr zamanı neyroşəbəkə ilə […]
20/12/2023
Texnologiya inanılmaz sürətlə inkişaf edir. İllər öncə fantastik filmlərdə gördüyümüz ağlasığmaz texnologiyalar artıq reallaşır. Belə ki, Sidney Texnologiya Universitetinin tədqiqatçıları tərəfindən fikirləri yazıya çevirən “BrainGPT” adlı sistem hazırlanır. Sistem bir növ EEG və ya Elektroensefaloqramma kimi beyin siqnallarını müəyyən edir. İnsanların düşüncələri əsnasında meydana gələn beyin siqnalları xüsusi süni intellekt əsaslı alqoritm yardımı ilə yazıya […]