Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Yeni növ material betondakı çatları bakteriyalar vasitəsilə aradan qaldırır

ABŞ-da yerləşən  Dreksel  Universitetinin mütəxəssisləri bioloji liflərə sahib xüsusi material hazırlayıblar. Hazırlanmış material bakteriyalar vasitəsilə betondakı  mikroskopik çatları aradan qaldırmağa  imkan verir. Bu öz növbəsində  binaların, körpülərin və digər infrastruktur obyektlərinin təmirlərindəki texniki xidmətə qənaət etməyə imkan verəcək. BioFiber adlı material polimer liflərdən təşkil edilib. Həmin liflər isə endosporlardan (yatmış şəkildəyaşayan bakteriyalar) ibarət hidrogen örtüyünə […]

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamətlər üzrə vətəndaşların sorğularını cavablandıracaq

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamətlər üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, vətəndaşlar 146 – 2 nömrəsi vasitəsilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, 146 – 6 nömrəsi vasitəsilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 146 – 8 nömrəsi vasitəsilə isə Dövlət Proqramı İdarəetmə Qrupu […]

Qarabağ Universiteti yaradılır – SƏRƏNCAM

Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır. Nazirlər Kabinetinə iki ay müddətində Qarabağ Universitetinin nizamnaməsini təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti, həmçinin universitetin fəaliyyətinin […]

Bill Gates: “Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər”

“What Now?” adlı podkasta müsahibə vermiş Bill Gates süni zək texnologiyasının sürətli inkişafı barəsində fikirlərini səsləndirib. Süni zəka texnologiyalarının iş yerlərini ixtisar edə bilib-bilməyəcəkləri sualına cavab olaraq Gates bildirib ki, bu, gələcəkdə insanların indiki kimi çox çalışmalarına ehtiyac olmamasının əsas səbəblərindən biri olacaq. Onun sözlərinə əsasən robotlar məhsulların istehsalı kimi müəyyən öhdəlikləri öz üzərlərinə götürə […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

24 noyabr 2023-cü il tarixində saat 14:00-da AR ETN Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası keçirildi. İclasda Xanım İsaxanovna Öməroğlunun “Harmonik analizin inteqral çevirmələrinin bəzi xassələri” mövzusunda 1202.01 –Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri riyaziyyat üzrə elmlər doktoru, professor Rəşid Əvəzağa oğlu […]

Alimlər ayrılmış beyni canlı saxlaya bilən cihaz ixtira ediblər

Alimlər ayrılmış beyni canlı saxlaya bilən cihaz ixtira ediblər. Onlar ki, bu cihaz indiyə qədər heç vaxt görülməmiş yeni texnologiyalar və araşdırmalara imkan verir. Bu cihaz beyni canlı saxlaya bilir və bədənin qalan hissəsindən asılı olmayaraq işləyə bilir. ABŞ tədqiqatçıları anesteziya edilmiş donuzun beyninə qan axını təcrid edə bilmiş, kompüterləşdirilmiş alqoritm isə orqan üçün lazım […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər