Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dünyda ilk dəfə taxta qanadlı külək turbini hazırlanıb

Almaniyanın Voodin Blade Technology şirkəti, dünyada ilk taxta qanadlı külək turbinini quraşdırdığını açıqlayıb. Alman şirkəti, külək turbini üçün istifadə edilən sintetik materialların tam tullantı materiallardan olacağını düşünür. Təqdim olunan məlumata görə, bu materiallar təkrar emala yararlı deyil və adətən ömrünün sonunda zibilliklərə atılır. Ağaclar təbiətin bizə təqdim etdiyi və ətraf mühitə zərər vermədən təkrar emal […]

Elm və təhsil naziri Türkiyə Maarif vəqfinin prezidenti ilə görüşüb

İyunun 5-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Maarif vəqfinin prezidenti Birol Akgünlə görüşüb. Görüş zamanı təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf istiqamətləri müzakirə olunub. edu.gov.az

Dahiləri bir də belə tanıyaq!

Tomas Midqli O bu gün qlobal miqyasda üzləşdiyimiz ekoloji problemlərə böyük “töhfə” vermiş ən pis ixtiraçılardan biri hesab olunur. O, dünya tarixinə “ekologiyaya ən çox ziyan vuran alim” kimi düşüb. Söhbət Ozon təbəqəsinin məhvi də daxil olmaqla, dünyaya fayda əvəzinə zərər verən, bir çox fəlakətlərə səbəb olan amerikalı ixtiraçı, mühəndis və kimyaçı Tomas Midqlidən gedir… […]

Kosmosun ən qədim qalaktikası kəşf olunub

Fəaliyyətə başladığı ilk gündən etibarən kosmosla bağlı əhəmiyyətli araşdırmalar həyata keçirən James Webb Kosmik Teleskopu (JWST), daha bir kəşfə imza atıb. Belə ki, teleskop Böyük Partlayışdan cəmi 300 milyon il sonra yaranmış tarixin ən qədim və ən uzaq qalaktikasını aşkar edib. Bu dəfə teleskop, məlum olan ən qədim və ən uzaq qalaktikaların təsvirlərini çəkə bilib. […]

Bu gün görkəmli alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru,AMEA-nın müxbir üzvü, professor Arif Babayevin anım günüdür.

İyunun 5-i görkəmli alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru,AMEA-nın müxbir üzvü, professor Arif Babayevin anım günüdür.Babayev Arif Əliheydər oğlu 1934-cü il noyabırın 11-də anadan olmuşdur. Azərbay­can Dövlət Universitetinin Fizika-riyaziyyat fa­kül­təsini riyaziyyat ixti­sası üzrə bitirmişdır (1957). 1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiya­sını müda­fiə etmişdir. 1976-cı ildə AEA-nın müxbir üz­vü seçilmişdir. Azərbay­can Dövlət […]

Azərbaycanın üç universiteti dünya reytinqində irəliləyib

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik “QS Quacquarelli Symonds” dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bildirilib ki, Azərbaycanın üç universiteti sözügedən qlobal reytinqdə təmsil olunub və hər üçünün mövqeyində ötən ilə nisbətən irəliləyiş müşahidə edilib. Ölkə üzrə ən yüksək nəticə əldə etmiş Bakı Dövlət Universiteti dünyanın ən yaxşı […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər