Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Sentyabrın 15-i “Bilik Günü”dür

15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab lham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Elə həmin ildən etibarən 15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunmağa başlayıb. Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş […]

RMİ-nin əməkdaşlarının birgə məqaləsi nüfuzlu və ən qədim riyaziyyat jurnallarının birində çap edilib

RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri prof. Vüqar İsmayılovun, həmin şöbənin elmi işçisi r.ü.f.d. Aidə Əsgərovanın və “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi r.ü.f.d. Əli Hüseynlinin birgə məqaləsi nüfuzlu və dünyanın ən qədim jurnallarından biri olan “Proceedings of the Edinburgh Mathematical Society” jurnalında çap edilib. “Proceedings of the Edinburgh Mathematical Society” jurnalı Edinburq Riyaziyyat Cəmiyyətinin (1883-cü […]

ELAN

20.09.2023-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., prof. Vüqar Elman oğlu İsmayılov «İki cəbr cəmi ilə yaxınlaşma məsələsində ekstremal elementin xarakterizasiyası» mövzusunda məruzə edəcəkdir. Məruzədə kompakt metrik fəzada təyin olunmuş kəsilməz funksiyaya iki cəbrlər cəmindən olan ən yaxın elementin xarakterizasiyası haqqında söhbət açılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

Riyaziyyat və Mexanika İnstitunda Ümuminstitut seminarı keçirildi

13 sentyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitunda növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda institutun   “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev İbrahim Mayıl oğlu “Kanonik Dirak sistemi  üçün tərs məsələlər” mövzusunda məruzə edib. Məruzədə Dirak operatoru üçün müxtəlif qoyuluşlu tərs spektral məsələlərin həlli haqqında məlumat verib. © Bütün hüquqlar qorunur. […]

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas fənnindən doktoranturaya qəbul imtahanları keçirilmişdir

12  sentyabr 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə “Analiz və funksional analiz”,  “Dinamik sistemlər və optimal idarəetmə” və “Maye, qaz və plazma mexanikası” ixtisaslardan doktoranturaya qəbul imtahanları keçirilmişdir. İmtahan nəticələri beləlir: N.Y.Əsgərova – əla İ.Q. Feyzullayev  – yaxşı D.Q.Əzizov – yaxşı T.Ə.Kərimova – yaxşı © Bütün […]

“Atom kralı”- Misir Mərdanov yazır

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Biz xalqımızın yetişdirdiyi və fəxr etməli olduğumuz soydaşlarımıza yetərincə qiymət verməyi bacarırıqmı? Bu bacarıqlarımızı başqa xalqlarla müqayisədə verərək fərqi görmək istəyirəm. Məsələn, İtaliyanın Paqanini adlı bir skripka ifaçısı o qədər reklam edilib, loru dildə desək, “şişirdilib” ki, 1840-cı ildə vəfat etsə də, onu […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər