Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gün saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin böyük elmi işçisi Mübariz Hacıbəyovun “Ümumiləşmiş Riss potensiallarının məhdudluğu” mövzusunda məruzəsi oldu.

Məruzənin annotasiyası: Burada kommutativ hiperqruplarda verilmiş ümumiləşmiş Riss potensialları təyin edilir və bu potensiallar üçün Hardi-Littvuld-Sobolev teoremini ümumiləşdirən Nakai-Simutomo tipli teorem verilir. Alınmış nəticə həmin potensialların Lebeq fəzasından Orliç fəzasına məhdud təsir etdiyini göstərir.

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına 10.09.2013 tarixdə daxil olan yeni jurnalların siyahısı.

РЖ. Математический анализ.2013 №5. – электр. издание. Прикладная математика и механика.2013 Т.77. В 3. Математические заметки. 2013.Т.93.В6. РЖ. Механика деф.тв.тела. 2013. №6. Доклады РАН. 2013. Т450. №4. Доклады РАН. 2013. Т450. №5. Доклады РАН. 2013. Т450. №6.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın təsisçiliyi ilə nəşr olunan elmi jurnalların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə iclas keçirildi..

AMEA-nın həqiqi üzvü, AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi Akif Haciyev, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Fizika-riyaziyyat elmləri doktoru, Professor Misir Mərdanovun rəhbərliyi ilə keçirilən iclasda institutun elmi şurasının üzvləri və bir qrup əməkdaşıları iştirak edirdilər. Müzakirə zamanı bildirildi ki, qloballaşan dünyada hər bir ölkənin davamlı inkişafını təmin edən sahələrdən biri kimi elmin […]

Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin 85 illik yubileyinə həsr olunmuş “Neftqaz sahəsində qeyri-Nyuton sistemlər” Beynəlxalq elmi konfransı 21-22 noyabr 2013-cü il, Bakı ş., AMEA Riyaziyyat və Mexanika İnstitutu

Hörmətli həmkarlar! AMEA Riyaziyyat və Mexanika İnstitutu sizi 21-22 noyabr 2013-cü il tarixində keçiriləcək, əməkdar elm xadimi, texnika elmləri doktoru, professor, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin 85 illiyinə həsr olunmuş “Neftqaz sahəsində qeyri-Nyuton sistemlər” Beynəlxalq elmi konfransında iştirak etməyə dəvət edir. Konfransda iştirak etmək istəyənlərdən məruzə ediləcək işin tezisini disklə birlikdə 2013-cü il oktyabr ayının […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi riyaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qabil Qəribxan oğlu Əliyevin Amerika Birləşmiş Ştatlarının tanınmış nəşriyyatında çap edilmişdir.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Tətbiqi riyaziyyat şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Qabil Qəribxan oğlu Əliyevin ABŞ-ın “International Journal of Chemoinformatics and Chemical Engineering, 3 (2) , 107-116, jurnalında 2013 ildə “ Pyusical-Mecanical Model of Fiberous polymerized bar Deformation at the Neck Zone” adlı məqaləsi çapdan çıxmışdır. Məqaləni aşagıdakı linkdə görə bilərsiniz.

ÜMUMINSTITUT SEMINARI HAQQINDA

AMEA Riyaziyyat və Mexanika İnstitutunda 2013-cü il sentyabrın 11-dən hər həftənin çərşənbə günü saat 1000-da ümuminstitut seminarı öz fəaliyyətinə başlayır. Burada Respublika alimlərinin və xaricdən gələn mütəxəssislərin riyaziyyat və mexanikanın müxtəlif sahələri üzrə məruzələri dinləniləcəkdir. Arzu edənlər iştirak edə bilərlər. Ünvan: Bakı şəhəri, B. Vahabzadə küçəsi 9, Riyaziyyat və Mexanika İnstitutu, 5-ci mərtəbə, akt zalı. […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər