Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Niyə yaşlandıqca zaman tez keçir?

Maraqlıdır ki, insanlar yaşlandıqca zamanın daha tez, daha sürətlə getdiyini düşünürlər. Bəs həqiqətən də bu, belədirmi? Kaliforniya Universitetinin alimi Ceyms Brodvey “Scienctific American” jurnalına verdiyi müsahibəsində bu sualın cavabını belə izah edib: “İnsan zamanı iki tərzdə qəbul edir. Birinci perspektiv, yəni gələcəkdə baş verə biləcək hadisəni öncədən dəyərləndirmək. İkincisi retrospektiv üsul (yəni keçmişə baxış, keçmişdə […]

Robotlar BMT-də çıxış ediblər: Dünyanı insanlardan daha yaxşı idarə edə bilərik

“Dünyanı insanlardan daha yaxşı idarə edə bilərik”, bu fikri insanabənzər robotlar İsveçrənin Cenevrə şəhərində BMT-nin süni intellektlə dəstəklənən “Yaxşılıq üçün süni intellekt” proqramında səsləndiriblər. Tədbir insanabənzər robot Amekanın sözləri ilə yadda qalıb. Sofiya, Ameka və Ai-Da kimi məşhur robotlar dünyanı insanlardan daha yaxşı idarə edə biləcəklərini vurğulayıblar. Tədbirdə insan xüsusiyyətlərinə ən yaxın robotlardan biri kimi […]

Ayın səthini tədqiq etmək üçün Azərbaycanda xüsusi detektorlar hazırlanır

Azərbaycanda neytron mənbəyi ilə birlikdə ayın səthindəki suxurların hidrogen tərkibini (su və su buzu) araşdırmaq üçün istifadə ediləcək yeni “HardGamm” və “HardPix” detektorları hazırlanır. Bu işlər Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, həmçinin Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu və Qərbi Bohemiya Universiteti arasındakı əməkdaşlıq əsasında […]

Dahiləri bir də belə tanıyaq

Hüseyn Arif Azərbaycanın xalq şairi, könüllərdə gözəl şeirləri ilə yuva quran Hüseyn Arif… Daha çox zarafatçıl insan kimi tanınan, oğlunun ölümündə özünü günahkar bilən və ateist olan bu şairimiz olduqca həssas qəlbə malik biri kimi  yaddaşlarda qalıb… Ağstafa rayonunun Yenigün kəndində dünyaya gələn şair, Qaçaq Kərəmin soyundan olub. İkinci Dünya müharibəsi başlayanda orduya çağırılıb, müharibədə iştirak […]

Süni zəka İT sahədəki işçilərə artıq təsir göstərməyə başlayıb

İT sahənin mütəxəssisləri dəfələrlə bildiriblər ki, onlar süni zəkanın yaxın illər ərzində bir çox sahədə mütəxəssisləri əvəz edəcəyindən narahatdırlar. Məlum olub ki, onların proqnozları vaxtından tez reallaşmağa başlayıb və ilk növbədə öz iş yerlərini məhz texnoloji sektorun mütəxəssisləri itirməyə başlayıblar. Məlumatda qeyd edilib ki, say baxımından çoxalmaqda olan texnoloji şirkətlər işçilərin ixtisar edilmələrinin və yaxın aylar üçün […]

Bu gün Azərbaycanın görkəmli riyaziyyatçısı, akademik Mirabbas Qasımovun anadan olduğu gündür

Mirabbas Göycə oğlu Qasımov 1939-cu ilin yay axşamı Şamaxının Nərimankənd kəndində (indiki Qobustan şəhərində) anadan olub. Şamaxıda orta təhsilini başa vuran Mirabbas Qasımov, 1956-cı ildə Bakıya gəlir və BDU-nun fizika-riyaziyyat fakültəsinə daxil olur. Əlaçı olduğu üçün onu 1958-ci ildə MDU-nun mexanika-riyaziyyat fakültəsinə köçürürlər. 1961-ci ildə həmin fakültəni əla qiymətlərlə başa vuran Mirabbas Qasımov, MDU-nun aspiranturasına […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər