Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Alimlər bioloji həyat üçün vacib xüsusi molekulu ilk dəfə kosmosda aşkar ediblər

Alimlər bioloji həyatın formalaşması üçün vacib olan xüsusi karbon molekulunu ilk dəfə kosmosda aşkar ediblər. Xüsusi karbon molekulu Yer kürəsindən 1350 işıq ili uzaqlığında yerləşən cavan ulduzun protoplanet diskində (yenicə formalaşmış cavan ulduzun ətrafında dövr edən və sıx qaz ilə tozdan ibarət disk) aşkar edilib. Lakin bu, sözügedən cavan ulduz sistemində olan yeganə təəccübləndirici faktor deyil. James Webb kosmik […]

Kainatın ilkin dövründə zaman indikindən 5 dəfə daha ləng axıb

Alimlər 190 ədəd kvazarın (ən parlaq kosmik obyektlərdən biri) şüalanmasındakı dəyişiklikləri müşahidə edərək aşkar ediblər ki, kainatın ilkin formalaşma mərhələsində zaman indikindən beş dəfə daha ləng axıb. Bu cür bəyanatı Sidney Universiteti verib. Albert Eynşteyn sayəsində məlumdur ki, zaman və fəza bir-biri ilə ayrılmaz dərəcədə əlaqəlidir. Bununla belə kainat daimi olaraq genişlənir və bu o deməkdir ki, Böyük […]

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə dair icmal yer alıb. Bundan əlavə, “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda və AMEA Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin 100 […]

Yerin atmosferində qeyr-adi, görünməyən qütb işığı aşkar edilib

Alimlər kosmik aparatların köməyi ilə planetimizdə daha bir qütb işığının olduğunu müəyyən ediblər. Lakin hamıya məlum olan Şimal və Cənub qütb işıqlarından fərqli olaraq, insanlar onu görə bilmirlər. Qütb işıqları çoxlarına yaxşı məlumdur və atmosferdə xüsusi cazibəsi ilə seçilir. Estetik zövqlə yanaşı, onlar həm də elm üçün çox faydalıdır. Belə ki, qütb işıqları Yerin atmosferi […]

Niyə zəkalı insanlar daha çox düşünürlər?

Almaniya və İspaniyadan olan elm adamları zəkalı insanların qərar qəbul edərkən niyə daha çox düşündüyünü araşdırıblar. Tədqiqatın nəticələri göstərib ki, daha yüksək intellektə malik olan iştirakçılar sadə tapşırıqları tez yerinə yetirir, mürəkkəb tapşırıqların həllinə isə daha çox zaman sərf edirlər. Təcrübə zamanı tədqiqatçılar maqnit rezonans tomoqrafiyası (MRT) kimi rəqəmsal beyin skanlarından, həmçinin bioloji proseslər haqqında […]

Riyaziyyat və Mexanika İnstitutunun magistrantları sonuncu imtahan veriblər

03 iyul tarixlərində Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz”, “Riyazi fizika” ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Diferensial tənliklərin əlavə fəsilləri”, fənnindən imtahanı keçirilib. Keçirilmiş imtahan uğurla başa çatıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər