Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Zəngilan və Cəbrayıl rayonlarına səfərlərinə dair məlumat yer alıb. Bundan əlavə, “Heydər Əliyev və Azərbaycan təbiəti”, “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda konfranslar, akademik İsa Həbibbəylinin Özbəkistanın Kokand Dövlət […]

Elmi seminarın növbəti iclası keçirildi

AR ETN Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda  21 iyun 2023-cü il tarixində saat 1200 -da Gəncə Dövlət Universitetinin dissertantı Fidan Şahin qızı Mehdiyevanın “Qeyri-standart Hardi fəzalarında Riman sərhəd məsələsinin həllolunanlığı və bazis məsələlərinə tətbiqi” mövzusunda  1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi […]

AR ETN Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın II kurs magistrantları dissertasiya işlərini uğurla müdafiə etmişlər

20 və 21 iyun  2023-cü il tarixlərində AR ETN-nin  Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın II kurs magistrantların “Riyazi analiz“, “Diferensial tənliklər” və “Maye, qaz və plazma mexanikası” ixtisasları üzrə 9 magistrlik dissertasiyasının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın iclası keçirilmişdir. İclasda  İxtisaslaşdırılmış Şuranın sədri, üzvləri və  müdafiə edən  magistrantlar  iştirak etmişlər. İxtisaslaşdırılmış Şuranın sədrləri professor Həmidulla Aslanov, […]

Böyük şirkət rəhbərlərinin 42%-i süni zəkanın insan sivilizasiyasını məhv edəcəyini düşünür

Böyük texnoloji şirkətlərin rəhbərləri arasında aparılmış sorğu nəticəsində məlum olub ki, rəhbərlərin 42%-i yaxın onilliklərdə süni zəkanın insan sivilizasiyasını məhv edəcəyi ehtimalına inanır. Aparılmış sorğuda biznesin müxtəlif sahələrindən olan 119 nəfər rəhbər iştirak edib. Onların arasında Walmart-ın CEO-su Doug McMillon, Coca-Cola-nın CEO-su James Quincy, Xerox, Zoom şirkətlərinin və o cümlədən əczaçılıq, media və istehsalat şirkətlərinin rəhbərləri olub. Rəhbərlərin 34%-i qeyd edib ki, süni zəka […]

“Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof.  Bilal Telman oğlu Bilalov  “Qrənd Sobolev fəzalarında 2m tərtib elliptik tənlik üçün Dirixle məsələsinin fredholmluğu haqqında” mövzusunda məruzə edib

21 iyun 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirildi. Seminarda “Qeyri-harmonik analiz” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, f.-r.e.d., prof.  Bilal Telman oğlu Bilalov “Qrənd Sobolev fəzalarında 2m tərtib elliptik tənlik üçün Dirixle məsələsinin fredholmluğu haqqında” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə kifayət qədər hamar ∂Ω sərhədinə malik Ω⊂Rn  oblastında baş […]

“Siqnalların emalının riyazi problemləri”  laboratoriyasının  böyük elmi işçi Zakir Cümşüd oğlu Zabidovun 60 yaşı münasibətilə təbrik edirik

Zakir Cümşüd oğlu Zabidov 22 iyun 1963-cü ildə Yardımlı rayonunun Ərsilə  kəndində anadan olmuş, 1980-cı ildə Arus Kənd Orta Məktəbini bitirmişdir. 1984-1989-cu illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika  fakültəsində təhsil almışdır. 1989-1999-cu illərdə AMEA-nın Kibernetika İnstitutunda, 2009-2013-cü illərdə Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda işləmişdir. 2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər