Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbiri keçirilib

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası” mövzusunda yubiley tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər […]

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti […]

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarına bayram hədiyyələri verilib

18.04.2023-cü il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutun Həmkarlar Təşkilatı tərəfindən qarşıdan gələn Ramazan bayramı münasibətilə İnstitutda çalışan 23 nəfər əməkdaşa bayram hədiyyələri verilib. İnstitutun Həmkarlar təşkilatının sədri, dosent Iradə Mirzazadə bayram hədiyyələrini  təqdim edərək, bütün kollektivi Ramazan ayı münasibəti ilə təbrik etmiş,  onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulamışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

Bunları bilmək maraqlıdır:  Həyat xilas edən sistemlər

Mənasını bilməsək də, gündəlik həyatda tez-tez qarşılaşdığımız bəzi sadə sistemlər var. Bu sistemlərdən xəbərsiz olsaq da, əslində həyati təhlükəsizliyimizi təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə böyük şəhərlərdə və magistral yollarda baş verən yol qəzalarında neqativ hallarla qarşılaşmamaq üçün çox az adamın diqqət yetirdiyi bəzi ehtiyat tədbirləri görülür. Küçələrdə, binalarda, yollarda səyahət edərkən tez-tez rastlaşdığımız […]

“Heydər Əliyevin Ümummilli liderliyində milli dövlətçilik şüurunun yeri və rolu” mövzusunda açıq dərs keçiriləcək

17 aprel 2023-cü il tarixində saat 9:00-da fəlsəfə elmləri doktoru Füzuli Qurbanov tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının magistrantları üçün “Heydər Əliyevin Ümummilli liderliyində milli dövlətçilik şüurunun yeri və rolu” mövzusunda açıq dərs keçiriləcək. Azru edənlər açıq dərsə dəvət olunurlar. Ünvan: Bakı ş., H.Cavid pr. 129, AMEA-nın Mərkəzi Elmi Kitabxanası (3 -cü […]

ABŞ alimləri bioloji yaşı azaltmağın yolunu tapdı

Metilasiyanı dəstəkləyən pəhriz və idman insanın bioloji yaşını səkkiz həftəyə qədər azalda bilər. Bu sözləri Funksional Tibb İnstitutunun amerikalı alimləri bildirib. Onların araşdırması “Aging” jurnalında dərc olunub. Araşdırmada 50-72 yaş arası kişilər iştirak edib. Onlar səkkiz həftə ərzində metilasiyanı, DNT molekulunun dəyişdirilməsi prosesini dəstəkləyən pəhriz saxlayıb. Bu, fol turşusu, betain, A və C vitaminləri ilə […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər