Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Neuralink” şirkətinin icazə sorğusu rədd edilib

İlon Maskın beyin interfeysi texnologiyalarının hazırlanması ilə məşğul olan “Neuralink” şirkəti öz beyin implantının insanlar üzərində testlərinə başlamaq üçün ABŞ-ın Qida və Dərman Məhsullarının Keyfiyyətlərinə Nəzarət İdarəsinə (FDA) icazə sorğusunu hələ 2022-ci ilin əvvəlində göndərmişdi. Lakin məlumata görə, FDA “Neuralink”ə müvafiq icazənin verilməsindən imtina edib. Məlumatda bildirilib ki, FDA “Neuralink”in icazəni almadan öncə ona həll etməli olduğu problemləri təyin edib. Nizamlayıcı orqanın əsas narahatlıqları […]

“Microsoft”dan daha bir yenilik

“Microsoft” şirkəti yeniliklər etməkdə davam edir. Bu dəfə isə şirkət “Kosmos-1” adlı multimodal süni zəka modelini təqdim edib. Şirkətdən verilən məlumata görə, fotoların tərkiblərini analiz edən, qrafik tapmacaları həlletmə bacarığına malik olan yeni süni zəka modeli bundan əlavə,  IQ-nın qiymətləndirilməsi üçün nəzərdə tutulmuş vizual testlərdən keçə və təbii dildə olan əmrləri başa düşə bilir. Mütəxəssislər mətn, […]

AMEA-da Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiada keçiriləcək

Aprel ayında AMEA-da Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Spartakiadanın keçirilməsi nəzərdə tutulub. Yarışlar idmanın 3 növü üzrə – futbol, stolüstü tennis və şahmat (qadın və kişilər arasında) keçiriləcək. Həmin yarışlarda iştirak edəcək komandaların üzvləri haqqında 10 aprel 2023-cü ilə qədər aşağıdakı məlumatlar təqdim olunmalıdır. Bu siyahı müvafıq institutuların […]

Toxuma çap edən robot

Amerikalı elm adamları xarici toxumalara zərər vermədən əməliyyatların aparılmasına kömək edən robot hazırlayıblar. Tədqiqatçılar  yeni texnologiyanın  bilavasitə  daxili orqanlarda canlı hüceyrələri çap etmək qabiliyyətinə də malik olduğunu  söyləyirlər. Qısası onu potensial olaraq çoxyönlü cərrahi endoskopik alət adlandırmaq olar. Bu cihaz həm daxil edilmiş hərəkətlərin alqoritminə uyğun işləyir, həm də real vaxt rejimində əl ilə idarə […]

Bu xəstəlik artıq süni intellektlə təsbit ediləcək

Süni intellekt texnologiyası hər  keçən gün yeni bir sahədə tətbiq olunmağa davam edir. Bu dəfə isə sözügedən texnologiyadan Alzheimer xəstəliyinin diaqnozunun qoyulması üçün istifadə edilib. Maşın öyrənmə və dərin öyrənmə üsullarından istifadə edən tədqiqatçılar uğur əldə ediblər. Dünyada təxminən 40 milyona yaxın insan nevroloji xəstəlik olan Alzheimerdən  əziyyət çəkir. Lakin indiyə qədər xəstəliklə bağlı bir […]

AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib

Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyası, AR Milli Məclisinin Səhiyyə Komitəsi və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər