Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Havadan elektrik enerjisi əldə ediləcək

Avstraliyadan olan alimlər atmosferdəki hidrogeni elektrik enerjisinə çevirən fermenti əldə edə biliblər. Sözügedən ferment buzlaqlarda və termal su mənbələrində sağ qalmağı bacaran bakteriyalardan əldə edilib. Əldə edilmiş fermentin həssaslığı o qədər yüksəkdir ki, o, atmosferdə hətta ən kiçik miqdarda hidrogeni belə uda bilir. Gələcəkdə onun sayəsində elektron cihazları elektrik enerjisi ilə təmin etmək mümkün olacaq. […]

Mars ilə Yupiter arasında planet mövcud olsaydı, Yer kürəsi Günəş sistemindən kənara atılacaqdı

Planetary Science Journal adlı jurnalda Kaliforniya Universitetinin alimlərinin yeni tədqiqatları dərc edilib. Alimlərin heni tədqiqatlarında Mars ilə Yupiter arasında fərziyyəyə əsaslanan planetə sahib Günəş sistemnin konfiqurasiyası müşahidə edilib. Qeyd etmək lazımdır ki, reallıqda Mars ilə Yupiter arasındakı zona boşdur və alimlər bunun nəyə görə belə olduğunu bilmirlər. Lakin aparılmış kompüter modelləşdirmələri onu göstəriblər ki, Mars […]

F.-r.e.d. Biləndər Paşa oğlu Allahverdiyev “Hilbert fəzalarında öz-özunə qoşma və öz-özünə qoşma olmayan operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut f.-r.e.d. Biləndər Paşa oğlu Allahverdiyev “Hilbert fəzalarında öz-özunə qoşma və öz-özünə qoşma olmayan operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda məruzə edib. Hilbert fəzalarında təsir edən kəsilməz spektrə malik öz-özüne qoşma olmayan operatorların və operator qiymətli funksiyaların spektral nəzəriyyəsinin bəzi məsələləri tədqiq edilmişdir. Simmetrik Şredinqer, sinqulyar […]

İnsanların IQ göstəriciləri yüzillikdə ilk dəfə aşağı düşüb

Ən pis nəticələr 18-22 yaş qrupu və aşağı təhsil qruplarındadır. Amerikalıların onlayn sınaqları göstərdi ki, ABŞ-da insanlar orta intellekt əmsalı (IQ) testlərində çox zəifləyiblər. Adətən, elm adamları bunun əksini müşahidə edirdilər: illər ərzində göstəricilərin tədricən artması, yəqin ki, təhsilin əlçatanlığının artması və hər yeni nəsillə insanların ümumi intellektual inkişafı səviyyəsinin artması ilə əlaqədardır. Lakin 2006-2018-ci […]

Avropada ilk qətl Fransada törədilib

Fransanın Bordo Universitetinin antropoloqları Avropa tarixində müasir insan növünün qətlinin ilk qurbanı olmuş kromanyon adamı tapıblar. Alimlərin fikrincə, müasir insanın qədim əcdadı Kromanyon mağarasında (Fransanın cənub-qərbində yerləşən kromanyonların ən qədim qaya sığınacağı) təqibçisindən gizlənməyə çalışıb, lakin o, daş balta ilə başından vurulub. Zərbə qədim insan üçün ölümcül olub. Qeyd edək ki, elm adamları mağaranı ötən […]

İki nəhəng aysberq Atlantikanın cənubuna, dəniz yollarının keçdiyi ərazilərə yaxınlaşır

Britaniyalı alimlər dəniz yollarının keçdiyi ərazilərə tədricən yaxınlaşan iki nəhəng aysberqin hərəkətini diqqətlə izləyirlər. Aysberqlər həmin ərazilərdə ticarət və balıqçı gəmiləri üçün təhlükə mənbəyi ola bilər. Onların əriməsi də okeanların ekologiyasına öz təsirini göstərir. Nəhəng buz parçaları Britaniya Antarktika Xidmətinin “Halli VI” stansiyası yaxınlığındakı Brant buzlağının şelfindən ayrılıb. Onlar tədricən əriyir, kiçik parçalara bölünür və […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər