Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin professoru Ələddin Şamilovu 80 yaşı münasibətilə təbrik edirik


Ələddin Xalıqverdi oğlu Şamilov 1943-cü ildə Basarkeçər rayonunun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olub. 1963-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. İki il anadan olduğu kənddə müəllim işləmiş və 1967-ci ildə Azərbaycan Dövlət Universiteti (ADU) “Diferensial və inteqral tənliklər”  kafedrasının aspirantı və 1969-cu ildə isə müəllimi seçilmişdir.

1972-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluk dissertasiyasını Moskva V.A. Steklov İnstitutunun dəstəyi ilə Ukrayna Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda və Novosibirsk Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etmişdir. 1977-ci ildə M.Y. Lomosonov adına Moskva Dövlət Universitetinin İxtisas Yüksəltmə fakültəsindən məzun olmuşdur.

1978-ci ildə BDU-nun dosenti, 1987-ci ildə professoru elmi adını almışdır. BDU-nun Mexanika-Riyaziyyat fakültəsi ilə yanaşı Azərbaycan və diğər ölkələrin universitet müəllimləri üçün İxtisas Yüksəltmə fakültəsində dərs vermiştir.

BDU-da elmlər doktoru müdafiə şurasının həmsədri, “Ümumi Riyaziyyat” kafedrasının müdiri (1996-2000) işləmişdir. 1999-cu ildə Türkiyə Cumhuriyyəti Eskişehir Osmangazi Universitetinə dəvət olunmuş və 2001-ci ildən Anadolu Universiteti Statistika bölümünün professoru olaraq işləmişdir.

2021-ci ildən etibarən AMEA RMİ-nin (indiki AR ETN RMİ-nin) “Diferensial tənliklər” şöbəsində öz elmi fəaliyyətini davam etdirir.

Riyaziyyatın müxtəlif sahələrinə aid səkkiz kitabı və bir şeir kitabı vardır, on iki elmlər namizədi və elmlər doktoru yetişdirmişdir, 150-dən çox elmi əsəri beynəlxalq ve yerli jurnallarda çap olunmuşdur.

AR ETN Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Ələddin müəllimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.

Faydalı linklər