09/02/2014
1959-cu il – Azərbaycan SSR EA Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat şöbəsinin əsasında müstəqil Riyaziyyat və Mexanika İnstitutu yaradılmışdır. (Azərb. SSR Nazirlər Sovetinin 1959-cu il 27 aprel tarixli 319 №-li qərarı, Azərb. SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasının 11 №-li protokolu, 06 may 1959-cu il.).
1959-cu ildə İnstitutda 5 şöbə: funksional analiz, funksiyalar nəzəriyyəsi, diferensial və inteqral tənlikləri, təqribi analiz, elastikiyyət nəzəriyyəsi şöbələri və hesablama mərkəzi fəaliyyət göstərirdi. Bu istiqamətlərin yaranması və inkişafında məşhur alimlər M.V.Keldış, M.A.Lavrentyev, İ.N.Musxelişvili, İ.Q.Petrovski, S.L.Sobolev, Gelfand, S.N.Bernşteyn və A.İ.Maltsev böyük rol oynamışlar.
(AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru akad. Zahid Xəlilovun kabinetində 1-ci sıra soldan: prof. Əmir Həbibzadə, prof. Həşim Ağayev, AMEA-nın müxbir üzvləri: Qoşqar Əhmədov, Yusif Əmənzadə, Yəhya Məmmədov, akad. Fərəməz Maqsudov, AMEA-nın müxbir üzvü Arif Babayev, akad. Mirabbas Qasımov 2-ci sıra sağdan: Əməkdar elm xadimi prof. Məlik-Baxış Babayev, dos.: Əlif Məmmədov, Yaşar Kərimov, İsrail Mehdiyev, prof. Ələddin Mahmudov, AMEA-nın müxbir üzvü Mais Cavadov, prof. Yuriy Domşlak.)
(Sağdan: akad. Fərəməz Maqsudov, dos. Almas Hüseynbəyova, prof. Şamil Vəkilov, AMEA-nın müxbir üzvü Bala İsgəndərov, dos. Xamis Nəcəfov)
(“Funksiyalar nəzəriyyəsi” şöbəsinin əməkdaşları Soldan: dos. Elman Qasımov, Natiq Hacıyev, kamal Musayev, prof. Daniyal İsrafilov, Əməkdar elm xadimi prof. Məlik-Baxış Babayev, akad.: İbrahim İbrahimov (şöbə müdiri), Akif Hacıyev, dos.: Vaqif Şahverdiyev, Nizami Şıxəliyev, Hidayət Həsənov.)
ƏSAS ELMİ İSTİQAMƏTLƏR
Riyaziyyat sahəsində
Mexanika sahəsində
Əsas elmi nəticələr
Elmi sahələrin yaranması və inkişafında kecmiş Sovetlər Birliyinin məşhur alimləri- M.V.Keldış, İ.Q.Petrovski, B.M.Levitan, A.Q.Kostyucenko, A.A.Qoncar, P.L.Ulyanov, Y.M.Berezanski, O.A.Ladıçenskaya, A.D.Kudryavtsev, O.A.Oleynik, Q.E.Şilov, V.A.İlyin, S.N.Bernşteyn, A.V.Skoroxod, M.A.Naymark, X.A.Raxmatulin, A.N.Quz, N.Boqolyubov, S.L.Sobolev, A.N.Tixonov, S.M.Nikolski, V.S.Vladimirov və s. alimlər cox mühüm rol oynamışlar.
50 illik fəaliyyəti dövründə Riyaziyyat və Mexanika İnstitutuna: akad. Zahid İ.Xəlilov (1959; 1967-1974); akad. İbrahim İ.İbrahimov (1959-1963); f-r.e.d., prof. Həşim M.Ağayev; akad. Fərəməz Q.Maqsudov (1974-2000); AMEA-nın müxbir üzvü, prof. İlham T.Məmmədov (2000-2003); akad. A.C.Hacıyev (2004-2013), 2013-cü ildən İnstituta f-r.e.d., prof. Misir Mərdanov rəhbərlik edir.
Akademik Zahid Xəlilov |
Akademik İbrahim İbrahimov |
Professor Həşim Ağayev |
Akademik Fərəməz Maqsudov |
Professor İlham Məmmədov |
Akademik Akif Hacıyev |
AMEA-nın müxbir üzvü Misir Mərdanov |
Riyaziyyat və Mexanika İnstitutu 1959-cu ilin may ayının 6-da yaranmış və institutun yaranmasının məqsədi ölkəmizdə riyaziyyat və mexanika elmlərinin inkişafına xidmət etmək olmuşdur. İnstitutun əsas bazası 1945-ci ildən, yəni Akademiyamızın yarandığı gündən, fəaliyyət göstərən Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat sektoru olmuşdur. Fizika və Riyaziyyat İnstitutunda o vaxtlarda da sonrakı illərdə olduğu kimi, Azərbaycan Dövlət Universitetinin və Azərbaycan Pedaqoji İnstitutunun bəzi əməkdaşları 0,5 ştatda elmi işçilər kimi işləmiş və elmi tədqiqatlar institutda da respublikamızın ənənəvi istiqamətləri üzrə aparılmışdır.
Fizika və Riyaziyyat İnstitutuna 1950-1957-ci illərdə görkəmli riyaziyyatçımız akademik Z.İ.Xəlilov rəhbərlik etmişdir. 1959-cu ildə yaranmış Riyaziyyat və Mexanika İnstitutunda ilk direktor akad. Z.İ.Xəlilov, direktor müavini fizika-riyaziyyat elmləri namizədi H.N.Ağayev, elmi katib Y.İ.Domşlak olmuşdur.
İnstitut yarandığı vaxt onun tərkibində aşağıdakı şöbələr və laboratoriyalar var idi: funksional analiz şöbəsi (rəhb. akademik Z.İ.Xəlilov), funksiyalar nəzəriyyəsi şöbəsi (rəhb. akademik İ.İ.İbrahimov), diferensial tənliklər şöbəsi (rəhb. fizika-riyaziyyat elmləri namizədi H.N.Ağayev), inteqral tənliklər şöbəsi (rəhb. fizika-riyaziyyat elmləri namizədi Ş.İ.Vəkilov), təqribi analiz şöbəsi (rəhb. fizika-riyaziyyat elmləri namizədi Ə.S.Cəfərov), elastikiyyət nəzəriyyəsi şöbəsi (rəhb. fizika-riyaziyyat elmləri doktoru Y.Ə.Əmənzadə), dinamiki möhkəmlik laboratoriyası (rəhb. fizika-riyaziyyat elmləri namizədi K.A.Kərimov) və hesablama mərkəzi (rəhb. fizika-riyaziyyat elmləri namizədi S.Ə.Ələsgərov).
Xüsusi ilə qeyd etməyi lazım bilirəm ki, o vaxtlar riyaziyyat üzrə iki şöbəyə rəhbərlik etmiş Zahid İsmayıl oğlu Xəlilov və İbrahim İbiş oğlu İbrahimov, mexanika üzrə şöbə və laboratoriyaya rəhbərlik etmiş Yusif Əmən oğlu Əmənzadə və Kərim Abdulxalıq oğlu Kərimov bu sahələrin İnstitutda və ölkəmizdə təməlini qoymuş görkəmli alimlərimiz idi.
1960-cı ildə hesablama mərkəzi institutdan ayrılaraq Akademiyanın müstəqil hesablama mərkəzi kimi fəaliyyət göstərir və az sonra da bu mərkəz əsasında Akademiyanın Kibernetika İnstitutu yaradılır. Beləliklə, Riyaziyyat və Mexanika İnstitutu yarananda onun əməkdaşlarından 3 fizika-riyaziyyat elmləri doktoru (onlardan 1 akademik, 1 müxbir üzv) vardı və riyaziyyat və mexanikanın müxtəlif sahələri üzrə elmlər doktorlarının hazırlanmasına xidmət etmək də institutun əsas məqsədlərindən biri idi.
İnstitutun ilk direktoru olmuş akademik Zahid Xəlilov ölkəmizdə funksional analiz məktəbinin yaranmasında və sonrakı inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimimiz, bu məktəbin banisi və ömrünün sonuna qədər rəhbəri olmuş böyük riyaziyyatçımız idi. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra Tbilisidə Dəmiryol nəqliyyatı mühəndisləri İnstitutunun dosenti işləyir, 1937-ci ildə görkəmli mexanik, sonralar SSRİ EA akademiki olmuş ,N.İ.Musxelişvilinin aspirantı olur və 1940-cı ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq, Azərbaycan Dövlət Universitetinin dosenti olur. 1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda da işləyir və o vaxt bu sektorun ilk və tək riyaziyyatçısı olur. Sonra bu sektorun bazasında 1945-ci ildə Fizika-Riyaziyyat İnstitutu yaradılır. 1946-cı ildə Zahid müəllim doktorluq dissertasiyasını müdafiə edir və ilk azərbaycanlı riyaziyyatçı elmlər doktoru olur.
Zahid müəllim funksional analizin, funksional metodların diferensial və inteqral tənliklər nəzəriyyəsində böyük əhəmiyyətini hiss edən ilk Sovet alimlərindən idi. Onun yazdığı «Funksional analizin əsasları» kitabı SSRİ də funksional analizə həsr olunmuş ilk kitab olur. O həmçinin SSRİ də Banax qiymətli funksiyalar siniflərində diferensial tənlikləri tədqiq edən ilk alimlərdən biri olmuşdur. 1955-ci ildə Zahid müəllim akademik seçilir, 1957-1959-cu illərdə akademiyanın vitse-prezidenti, 1959-1962-ci illərdə FRTEB akademik-katibi, 1962-1967-ci illərdə akademiyanın prezidenti, 1967-ci ildən ömrünün sonuna, 1974-ilə qədər yenə RMİ-nın direktoru olmuşdur.
1959-1963-cü illərdə RMİ-nın direktoru Azərbaycanda funksiyalar nəzəriyyəsi məktəbinin yaradıcısı, ömrünün sonuna qədər bu məktəbin rəhbəri, görkəmli riyaziyyatçımız akademik İbrahim İbiş oğlu İbrahimov olmuşdur.
İbrahim müəllim Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra həm bu institutda, həm də Azərbaycan Dövlət Universitetində çalışmağa başlayır. Sonra Moskvaya aspiranturaya göndərilir və orada görkəmli riyaziyyatçı A.O.Gelfondun rəhbərliyi altında aspirant olur. 1939-cu ildə namizədlik dissertasiyasını müdafiə edir və ryaziyyat üzrə ilk azərbaycanlı elmlər namizədi olur, 1947-ci ildə isə Moskvada doktorluq dissertasiyasını müdafiə edir. İbrahim müəllim Sovetlər Birliyi və dünya riyaziyyatçıları tərəfindən tanınmış bir alimimiz idi. Onun rəhbərliyi altında ölkəmizdə həqiqi və kompleks dəyişənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriyyəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tamlığı kimi sahələrdə geniş tədqiqatlar aparılmış və bunların böyük bir hissəsi İbrahim müəllimin yazdığı, o cümlədən Moskvada da çap edilən, monoqrafiyalarına daxil edilmişdir. İbrahim müəllimin zəmanəmizin ən görkəmli alimlərindən biri M.V.Keldışla və A.O.Gelfondla birlikdə yazdığı məqalələr dünya riyaziyyat ədəbiyyatında böyük iz qoymuş əsərlərdir. Funksiyaların konstruktv nəzəriyyəsinin yaradıcılarından biri sayılan akademik S.N.Bernşteynin xatirəsinə həsr edilmiş Beynəlxalq konfransda onun yaradıcılığı haqqında məruzənin edilməsinin İbrahim müəllimə tapşırılması da onun nüfuzunun göstəricisidir. İbrahim müəllim 1959-cu ildə Akademiyanın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.
1963-1967-ci illərdə professor Həşim Ağayev RMİ-də direktor vəzifəsini əvəz etmişdir.
1967-1974-cü illərdə instituta yenidən akad. Z.Xəlilov rəhbərlik edilmişdir.
1974-cü ildən 2000-ci ilə kimi institutun direktoru vəzifəsində akademik Fərəməz Qəzənfər oğlu Maqsudov çalışmışdır.
Fərəməz müəllimin rəhbərlik etdiyi illər İnstitutda doktorların hazırlanması işində böyük bir canlanma yaranır. 1959-1974-cü illər ərzində cəmi 3 doktorluq dissertasiyası müdafiə edildiyi halda bündan sonrakı 15 ildə institutun əməkdaşları tərəfindən 15 doktorluq dissertasiyası müdafiə edilir, o cümlədən 9-u mexanka üzrə. Bunlar Fərəməz müəllimin yorulmaz zəhmətinin nəticəsi idi. O, İnstitutun cavan alimlərinin SSRİ-nin ən qabaqcıl elmi mərkəzlərində tanınmasına nail olur. Görkəmli alimlərin Bakıya gəlib öz elmi nəticələri üzrə məruzə etmələri, bizim elmi işçilərimizin elmi məruzələrini dinləmələri, bizim cavanları yeni elmi sahələrlə tanış etmələri –bütün bunların təşəbbüskarı məhz Fərəməz müəllim idi.
Fərəməz müəllim 1976-cı ildə Akademiyanın müxbir üzvü, 1980-ci ildə isə akademiki seçilmişdir. O, ömrünün sonuna qədər RMİ –nin direktoru olmaqla bərabər, 1980-1997-ci illərdə eyni zamanda Akademiyanın Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi, 1997-2000-ci illərdə isə akademiyanın prezidenti vəzifələrində çalışmışdır.
2003-cü ildən 2004-cü ilə qədər istituta istedadlı riyaziyyatçı, çox gənc yaşında elmlər namizədi və elmlər doktoru olmuş İlham Məmmədov rəhbərlik etmişdir.
2001-ci ildə o Akademiyanın müxbir üzvü seçilmişdir. İlham Məmmədov diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi üzrə tanınmış mütəxəssis, samballı elmi məqalələrin müəllifi, bir çox elmlər namizədinin elmi rəhbəri olmuşdur.
İnsituta 2004-2013-cü ilin may ayına qədər akademik, əməkdar elm xadimi, f-r.e.d., professor Akif Hacıyev rəhbərlik etmişdir.
Akif Hacıyev RMİ-nın direktoru olmaqla bərabər, 2001-ci ildən FRTEB-nin akademik-katibi, eyni zamanda 2013-cü ilin may ayından Elmlər Akademiyasının vitse-prezidentidir.
2013-cü ilin may ayından İnstituta f-r.e.d., professor Misir Mərdanov rəhbərlik edir.
Azərbaycanda riyaziyyat və mexanika elmi məktəblərinin yaranmasında, Riyaziyyat və Mexanika İnstitutunun inkişafında və ölkəmiz üçün yüksək ixtisaslı elmi işçilərin hazırlanmasında bir çox görkəmli rus-sovet alimlərinin danılmaz xidmətləri olmuşdur. Bunların içində M.V.Keldış, A.N.Tixonov, S.N.Bernştein, N.İ.Musxelişvili, A.O.Gelfond, A.A.İlyuşin, X.A.Raxmatulin, S.M.Nikolskiy, L.D.Kudryavtsev və daha cavan nəsildən olan A.G.Kostyuçenko, M.V.Fedoryuk, O.A.Oleynik, E.M.Landis, M.A.Yevqrafov, V.A.İlyin və başqalarının adını çəkmək olar. Bu alimlərin ölkəmiz üçün aspirantlar və doktorantlar yetişdirməsi, dəfələrlə Riyaziyyat və Mexanika İnstitutunda ezamiyyətdə olaraq yeni-yeni sahələr üzrə məruzələr silsiləsi ilə çıxış etmələri, işlədikləri elmi mərkəzlərdə bizim elmi işçilərə yol göstərib, istiqamət verməsi –bütün bunlar heç vaxt unudulmayacaq və unudula da bilməz.
İnstitutda il bə il aparılan elmi tədqiqatların nəticəsində və SSRİ-nin aparıcı elmi mərkəzləri ilə saxlanılan sıx əlaqələrə görə Riyaziyyat və Mexanika İnstitutu artıq 1970-ci illərin ortalarından başlayaraq SSRİ-nin riyaziyyat və mexanika üzrə ən qabaqcıl elmi mərkəzlərindən birinə çevrilir.
Riyaziyyat və Mexanika İnstitutunun fəaliyyəti ildən-ilə güclənərək ölkəmizdə riyaziyyat və mexanika elminin müxtəlif yeni sahələrinin də inkişaf edilməsi ilə bağlı olubdur.
İnstitut yarandığı zaman onun tərkibində olan 8 şöbə və laboratoriyalara yeni elmi qurumlar əlavə edilmişdir. Bunların içində cəbr və riyazi məntiq, riyazi fizika tənlikləri, riyazi analiz, qeyri-harmonik analiz, sürüncəklik nəzəriyyəsi, hesablama riyaziyyatı və informatika, maye və qaz mexanikası, tətbiqi riyaziyyat şöbələrini qeyd etmək olar. 1978-ci ildə xalq təsərrüfatına tətbiqlərin yerinə yetirilməsi məqsədi ilə Riyaziyyat və Mexanika İnstitutunda xüsusi konstruktor bürosu yaradılmışdır və bu büro 2001-ci ilə qədər öz fəaliyyətini davam etmişdir, 60-dan çox iş xalq təsərrüfatına tətbiq edilmişdir.
İnstitutun əməkdaşlarının elmi fəaliyyəti nəticəsində əsas elmi istiqamətlər üzrə bir çox mühüm nəticələr əldə edilmişdir. Əldə edilmiş bu nəticələrin əhatə etdiyi məsələlər aşağıdakılardır.
Funksional analiz üzrə müxtəlif tənliklər həlləri üçün ümumi göstərişlər; operatorlu tənliklərin həllinin dayanıqlığı; Şturm-Liuvill operatorunun spektral analizi və iki spektrə görə tərs məsələnin həlli; Dirak tipli sistem üçün tərs məsələnin həlli; riyazi fizikanın müxtəlif tənlikləri üçün spektral analizin və səpilmə nəzəriyyəsinin düz və tərs məsələləri; tamlıq, bazislik, minimallıq məsələləri, məxsusi və qoşulmuş funksiyalar üzrə ayrılış teoremləri.
Funksiyalar nəzəriyyəsi üzrə funksiyaların interpolyasiyası, analitik funksiyalar sistemlərinin tamlığı, funksiyaların polinomlarla, rasional funksiyalarla, xətti müsbət operatorlar ardıcılıqlarıyla yaxınlaşması, tam funksiyaların ekstremal xassələri; çoxdəyişənli tam funksiyalar siniflərində Bernştein və Nikolski tipli bərabərsizliklər; əyrilər üzrə kompleks dəyişənli funksiyaların yaxınlaşması; dəyişənlərinin sayı az olan funksiyaların kombinasiyaları ilə yaxınlaşma.
Diferensial tənliklər və riyazi fizika tənlikləri üzrə müxtəlif tənliklər üçün Koşi və qarışıq məsələlərin həllərinin varlığı, yeganəliyi və həllərin asimptotikası; parabolik və hiperbolik tənliklər üçün Koşi məsələsinin lokal və qlobal həll olunması; bəzi adi törəməli diferensial operatorların məxsusi və qoşulmuş funksiyalarının yarısının tamlığı; geniş sinif elliptik və parabolik tənliklərin həllərinin requlyarlığı; diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi.
Riyazi analiz üzrə çoxölçülü Kalderon-Ziqmund sinqulyar inteqralının simvolunun diferensial xassələri; sferik qarmonikalar üzrə Furye sıralarının multiplikatorları; daxilolma teoremləri; coxölçülü Evklid fəzalarında, bircins və qeyri-bircins tipli fəzalarda, habelə müəyyən hiperqruplarda inteqral operatorların məhdudluq teoremləri.
Cəbr və riyazi məntiq üzrə kəsişməyə ayrılmayan yarımqəfəslər çoxobrazlıları haqqında T.Evans probleminin, kateqoriyalar nəzəriyyəsinin Mak-Leynin koherentlik probleminin həll edilməsi.
Qeyri-harmonik analiz üzrə operatorların spektral nəzəriyyəsində məlum olan Kostyuçenko məsələsinin həlli; məşhur «1/4- Kadets» teoreminin analoqları; kompleks əmsallı ikiqat eksponent sistemləri üçün Xausdorf –Yunq və Peli tipli bərabərsizliklər; klassik Laks-Milqram teoreminin Banax analoqları.
Elastiklik nəzəriyyəsi üzrə elastiki cisimlərin gərginlik-deformasiya vəziyyəti və elastiklik nəzəriyyəsinin kontakt məsələlərinin analitik və ədədi həll üsulları; mürəkkəb içiboş milin əyilmə mərkəzinin koordinatları düsturu; çat məsələsinin analitik həlli; elastiklik nəzəriyyəsinin üçölçülü məsələlərindən ikiölçülü məsələlərinə limit keçidi üsulu; lövhə və örtüklərin dəqiqləşdirilmiş nəzəriyyəsi; müstəvi iplər, ortotrop dairəvi membranlar deformasiyalarının qeyri-xətti düz və tərs məsələləri.
Dalğa dinamikası üzrə zərbəyə məruz qalan elastiki-plastiki materialların dinamik xassələrini təyin edən orijinal və effektli metod; saplar və saplar sisteminə cisimlərlə zərbə məsələsinin həlli və aerofinişyor nəzəriyyəsinin yaradılması.
Sürüncəklik nəzəriyyəsi üzrə özlüelastik cisimlərin deformasiya və dağılma proseslərini nəzərə alan yeni möhkəmlik nəzəriyyəsi hazırlanmışdır; korroziyadan dağılma vaxtını və yerini təyin etməyə imkan verən üsul; korroziyanın müxtəlif parametrlərinin təcrübə ilə uyğunlaşan qiymətlərini tapmağa imkan verən nəzəriyyə.
Maye, qaz mexanikası və plastiklik nəzəriyyəsi üzrə elastik-plastik konstruksiya elementlərin dayanaqlığı nəzəriyyəsi; özlüelastik cisimlərin qeyri-xətti rəqslərinin asimptotik həll üsulu; dispers sistemlərdə yaranan qeyri müntəzəmliklərin qaz daxili ilə tənzimlənməsi prosesi.
Hal-hazırda AMEA Riyaziyyat və Mexanika İnstitutunda 222 nəfər fəaliyyət göstərir.
Onlardan : riyaziyyat üzrə elmlər doktoru – 39, riyaziyyat üzrə fəlsəfə doktoru – 68, elmi dərəcəsi olmayan elmi işçilər- 21, ümumi elmi işçilərin sayı – 128 nəfər təşkil edir.
Elmi fəaliyyətlə məşğul olan şöbə sayı – 14, köməkçi şöbə sayı – 7 , texniki şöbə sayı – 1.
İnstitutda 67 elmlər doktoru, 215 elmlər namizədi hazırlanmışdır, bunlar həm ölkəmizin, həm də bir çox xarici ölkələrin universitetlərində çalışırlar. 2001-ci ildən başlayaraq İnstitutun əməkdaşları bir çox Beynəlxalq qrantlarda iştirak etmişlər, bunların içində NATO Elmi komitəsinin qrantları, ABŞ Milli Tədqiqatlar və inkişaf fondunun qrantları, Amerika-Rusiya-Azərbaycan birgə qrantı, İNTAS qrantlarını, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantları, TUBİTAK qrantları, Azərbaycan Dövlət Neft Şirkətinin qrantları və bir sıra başqa qratları qeyd etmək olar.
İnstitutun əməkdaşları Azərbaycan elminin inkişafı yolunda üzərinə düşdüyü vəzifələri həmişə şərəflə yerinə yetirmişlər. Müvəqqəti olaraq çalışdıqları qonşu ölkələrdə də onlar elmimizi yüksək səviyyədə təmsil etmişlər və bu ölkələrdə riyaziyyat və mexanika elmlərinin inkişafında alimlərimizin danılmaz xidmətləri vardır.
Dünya elminin sürətlə inkişaf etdiyi zəmanəmizdə Azərbaycan elmini də yeni tədqiqatlar və yeni-yeni uğurlar gözləyir. Alimlərimiz elmin dərəli-təpəli, enişli-yoxuşlu yollarında yorulmadan irəliləməkdədirlər. Riyaziyyat və Mexanika İnstitutu da Azərbaycan Milli Elmlər Akademiyasının başqa institutlarıyla bir yerdə üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməyə hazırdır.ƏMƏKDAŞLARIN MÜKAFATLARI
Zahid Xəlil oğlu Xəlilov
1964 – «Qırmızı əmək bayrağı» ordeni;
«Fəxri Nişan» ordeni.
İbrahim İbiş oğlu İbrahimov
1988 – Azərbaycan SSR «Əməkdar elm xadimi»;
1986 – «Xalqlar dostluğu» ordeni.
Fəraməz Qəzənfər oğlu Maqsudov
1983 – SSRİ Nazirlər Sovetinin Mükafatı;
1986 –«Xalqlar dostluğu» ordeni;
1990 – Azərbaycan SSR «Əməkdar elm xadimi»;
1994 – H.Z.Tağıyev adına mükafat;
2000 – «İstiqlal» ordeni.
Akif Cəfər oğlu Hacıyev
1981– «Za trudovoe otliçie» medalı;
1987– «Əmək veteranı» medalı;
2004 – «Şöhrət» ordeni;
2005 – Azərbaycan Respublikasının «Əməkdar elm xadimi»;
2006 – Universal peace federation and Interrelagious and International Federation for World peace tərəfindən «Ambassador for peace» («Sülh səfiri») adı verilmişdir.
İlham Tofiq oğlu Məmmədov
1982- Azərbaycan SSR Lenin Komsomolu Mükafatı.
Məlik-Baxış Əli İkram oğlu Babayev
2005 – Azərbaycan Respublikasının «Əməkdar elm xadimi».
Misir Cumayıl oğlu Mərdanov
2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi”;
2006-cı ildə isə “Şöhrət” ordeninə,
2011-ci ildə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Cəfər Həsənağa oğlu Ağalarov
1970 – «Şərəfli əmək» medalı
Barat Rza oğlu Nuriyev
1985 – Ümumittifaq Lenin Komsomolu Müakfatı.
İlham Adil oğlu Əliyev və Xanlar Paşa oğlu Rüstəmov
1986 – Azərbaycan SSR Lenin Komsomolu Mükafatı.
Tamilla Xavərən qızı Həsənova
1990 – «Əmək veteranı» medalı;
2005 – «Tərəqqi» medalı.
Qabil Qəribxan oğlu Əliyev
1978-1980-1981 – «Xalq təsərrüfatı nailiyyətləri sərgisi»-nin gümüş medalları;
1976-1983-1986 – «Xalq təsərrüfatı nailiyyətləri sərgisi»-nin bürünc medalları;
1986 – «Azərb. SSR ixtiraçısı» döş nişanı;
1987 – «SSRİ Əmək veteranı» və «Azərb. SSR əmək veteranı».
Almas Məmmədəli qızı Hüseynbəyova
1970 –«Əmək rəşadətinə görə» medal
1985 – «Əmək veteranı» medalı.
Məsud Əfəndiyev
1990 – A.Humbolt adına Mükafat.
Fəxrəddin Gülməmməd oğlu Abdullayev
2002 – Ukrayna MEA-nın «Ostroqradski» medalı;
2006 –Ukrayna MEA-nın N.M.Krılov adına mükafatı.
Musa Xanlar oğlu İlyasov
1986 – «Şərəfli əmək» medalı
Geylani Minhac oğlu Pənahov
2004 – V.İ.Vernadski adına fəxri gümüş medal
2009 – Elmin və İqtisadiyyatın inkişafındakı nailiyyətlərə görə RTEA Fəxri nişanı
Asəf Dağbəyi oğlu Zamanov
2005– «Tərəqqi» medalı.
KADRLAR
1959-1961 – ci illərdə 1 akademik, 1 müxbir üzv, 4 elmlər doktoru, 16 elmlər namizədi.
1961-1965 – ci illərdə 1 akademik, 1 müxbir üzv, 4 elmlər doktoru, 23 elmlər namizədi.
1966-1970 – ci illərdə 2 akademik, 4 elmlər doktorı, 35 elmlər namizədi.
1971-1975 – ci illərdə 2 akademik, 6 elmlər doktorı, 42 elmlər namizədi.
1976-1980 – cı illərdə 2 akademik, 1 müxbir üzv, 12 elmlər doktorı, 57 elmlər namizədi.
1981-1985 – ci illərdə 3 akademik, 1 müxbir üzv, 13 elmlər doktorı, 76 elmlər namizədi.
1986-1990 – cı illərdə 3 akademik, 1 müxbir üzv, 16 elmlər doktorı, 110 elmlər namizədi.
1991-1995 – ci illərdə 3 akademik, 1 müxbir üzv, 11 elmlər doktorı, 77 elmlər namizədi.
1996-2000 – ci illərdə 3 akademik, 1 müxbir üzv, 20 elmlər doktorı, 58 elmlər namizədi.
2001-2003 – cü illərdə 2 akademik, 3 müxbir üzv, 33 elmlər doktorı, 84 elmlər namizədi.
2004-2008 – ci illərdə 2 akademik, 3 müxbir üzv, 1- Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, 47 elmlər doktorı, 80 elmlər namizədi.
İl |
İşçilərin ümumi sayı |
Elmi işçi |
Akademik |
Müxbir üzv |
Elmlər doktoru |
Fəlsəfə doktoru |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
2008 |
240 |
156 |
1 |
3 |
33 |
85 |
2009 |
241 |
156 |
1 |
3 |
31 |
82 |
2010 |
248 |
155 |
1 |
3 |
39 |
88 |
2011 |
248 |
153 |
1 |
3 |
39 |
90 |
2012 |
246 |
151 |
1 |
2 |
40 |
85 |
2013 |
242 |
151 |
1 |
2 |
38 |
83 |
AMEA-nın HƏQİQİ ÜZVLƏRİ
Zahid İsamyıl oğlu Xəlilov – (14.02.1911-ci il) f.-r.e.d., prof., 1955-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Elmi istiqamət- riyaziyyat və mexanika; 1974-cü ildə vəfat edib.
İbrahim İbiş oğlu İbrahimov – (28.02.1912-ci il) f.-r.e.d., prof., 1968-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Elmi istiqamət- funksiyalar nəzəriyyəsi; 1994-cü ildə vəfat edib.
Əşrəf İskəndər oğlu Hüseynov – (20.09.1907-ci il) f.-r.e.d., prof., 1968-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Elmi istiqamət- sinqulyar inteqral tənliklər və funksional fəzalar nəzəriyyəsi; 1981-ci ildə vəfat edib.
Fəraməz Qəzənfər oğlu Maqsudov – (20.03.1930-cu il) f.-r.e.d., prof., 1980-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Elmi istiqamət- funksional analiz, diferensial tənliklər, mexanika; 2000-ci ildə vəfat edib.
Azad Xəlil oğlu Mirzəcanzadə – (30.09.1928-ci il) f.-r.e.d., prof., 1968-ci ildə «Mexanika» ixtisası üzrə seçilmişdir. Elmi istiqamət- maye, qaz və plazma mexanikası; 2006-cı ildə vəfat edib.
Mirabbas Göycə oğlu Qasımov – (11.07.1939-cu il) f.-r.e.d., prof., 1989-cu ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdirr. Elmi istiqamət-operatorların spektral nəzəriyyəsi; 2008-ci ildə vəfat edib.
Akif Cəfər Xəndan oğlu Hacıyev – (08.12.1937-ci il) f.-r.e.d., prof., 2001-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir Elmi istiqaməti-harmonik analiz, yaxınlaşma nəzəriyyəsi, sinqulyar inteqrallar və potensiallar nəzəriyyəsi. Hal-hazırda AMEA Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın vitse prezidentidir; 2015-ci ildə vəfat edib.
AMEA-nın MÜXBİR ÜZVLƏRİ:
Mais Həbib oğlu Cavadov – (23.03.1929-cu il) f.-r.e.d., prof., əməkdar elm xadimi 1989-cu ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Elmi istiqamət- diferensial tənliklər; 1992-ci ildə vəfat edib.
İlham Tofiq oğlu Məmmədov – (01.07.1955-ci il) f.-r.e.d., prof., 2001-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Elmi istiqamət-diferensial tənliklər ümumi və keyfiyyət nəzəriyyəsi; 2003-cü ildə vəfat edib.
Bala Ağahüseyn oğlu İsgəndərov – (21.12.1936-cı il) f.-r.e.d., prof., 2001-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Elmi istiqamət-diferensial tənliklər; Hal-hazırda RMİ-nın «Diferensial tənliklər» şöbəsinin müdiri vəzifəsində işləyir; 2012-ci ildə vəfat edib.
Rauf Vəli oğlu Hüseynov – (1940-cı il) f.-r.e.d., prof., 2007-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Elmi istiqamət–ölçü və inteqral nəzəriyyəsi və xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsi. Hal-hazırda RMİ-nın «Riyazi fizika tənlikləri» şöbəsinin müdiri vəzifəsində işləyir; 2019-ci ildə vəfat edib.
Məhəmməd Fərman oğlu Mehdiyev – (02.10.1941-ci il) f.-r.e.d., prof., 2001-ci ildə «Mexanika» ixtisası üzrə seçilmişdir. Elmi istiqamət-deformasiya olunan bərk cismin mexanikası, örtük və lövhələrin ümumi riyazi nəzəriyyəsi. Hal-hazırda İnstitutda baş elmi işçi (0,5 ştat), BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifələrində işləyir.
Bilal Telman oğlu Bilalov -(02.01.1963-cü il) f.-r.e.d., prof., 2014-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Hal-hazırda RMİ-nın «Qeyri-harmonik analiz» şöbəsinin müdiri vəzifəsində işləyir.
Vagif Sabir oğlu Quliyev – (22.02.1957-ci il) f.-r.e.d., prof., 2014-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Hal-hazırda RMİ-nın «Riyazi analiz» şöbəsinin müdiri vəzifəsində işləyir.
Qeylani Minhac oğlu Pənahov – (25.08.1954 -cü il) professor, 2014-ci ildə «Mexanika» ixtisası üzrə seçilmişdir. Hal-hazırda RMİ-nın «Maye və qaz mexanikası» şöbəsinin müdiri vəzifəsində işləyir.
Misir Cumayıl oğlu Mərdanov – (03.10.1946 -cü il) professor, 2017-ci ildə «Riyaziyyat» ixtisası üzrə seçilmişdir. Hal-hazırda AMEA RMİ-nın baş direktoru vəzifəsində işləyir.
QRANTLAR
1993– f.-r.e.n. Y.V.Turovskiy SOROS təşkilatının riyaziyyat üzrə «Li operatorlar cəbrinin spektral nəzəriyyəsi» adlı qrantı.
1995-1997 – f.-r.e.d. K.N. Soltanov «Fellowship from the INTAS»
(Qrant:İNTAS 94-2187) qrantı.
2001 – f.-r.e.d., prof. V.S.Quliyev NATO-nun Elmi komitəsinin qrantı.
2004 – Azərbaycan –Amerika ikitərəfli Qrant Proqramı üzrə Azərbaycan Elm Fondu ilə ABŞ Milli Tədqiqatlar Fondunun
1. «Neftçıxarma sənayesində istifadə olunan özlü-elastiki kompozit sistemlərin realoji xassələrinin və nəqli xüsusiyyətlərinin eksperimental və model tədqiqi»;
2. «Holomorf və harmonik funksional fəzalar, onların sərhəd qiymətləri və opertaorlar nəzəriyyəsi» mövzuları üzrə 2 qrant alınmışdır.
2005 –1. «Fəzalar nəzəriyyəsi və onların xüsusi törəməli diferensial tənliklərə tədqiqi» Beynəlxalq layihə.
130.000 evro dəyərində olan bu birgə layihədə İNTAS tərəfindən Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İsveçrə, MDB tərəfindən Rusiya, Qazaxstan, Azərbaycan, Gürcüstan kimi ölkələr iştirak edir.
İcraçılar: akad. S.M.Nikolskiy, professorlar: O.V.Besov, V.Mazya, Y.Burenkov, M.Otelbayev, V.M.Kokilaşvili, Q.Buqrov, RMİ-nın əməkdaşları akad. A.C.Hacıyev, f.-r.e.d., prof. A.C.Cəbrayılov, f.-r.e.d., prof. V.S.Quliyev.
2. «Rusiya texnologiyaları» beynəlxalq layihəsi. ABŞ Energetika nazirliyinin təsis etdiyi Amerika-Rusiya-Azərbaycan birgə qrantıdır. 60.000 dollar həcmində olan 2 illiyə nəzərdə tutulan layihənin Azərbaycan tərəfindən icraçıları RMİ-nın əməkdaşları t.e.d. G.M.Pənahov, t.e.n. E.M.Abbasov.
(“Harmonik analiz və operatorlar nəzəriyyəsi” adlı beynəlxalq konfransda (Türkiyə, Ankara ş.)
Soldan: prof. Vaqif Quliyev, Gürcüstan EA-nın müxbir üzvü, Vaxtanq Kokilaşvili, prof. Vaxtanq Paataşvili (Gürcüstan), prof. Stefan Samko (Portuqaliya), prof. Ayhan Şerbetçi tələbəsi ilə (Türkiyə))
2006 – 1. Azərbaycan Milli Elm Fondu və Amerika Mülki Tədqiqatlar və İnkişaf Fondu ilə birlikdə STEP Biznes əməkdaşlıq Proqrammı çərçivəsində elan olunmuş elmi qrantı (5.000$) RMİ-nın əməkdaşları t.e.d. G.M.Pənahov və t.e.n. E.M.Abbasov udmuşlar.
2. İNTAS-ın Qafqaz üzrə keçirdiyi müsabiqədə «Riyazi analiz» şöbəsinin əməkdaşları akad. A.C.Hacıyevin rəhbərliyi ilə beynəlxalq qrant layihəsinin qalibi olmuşlar.
3. İNTAS-ın gənc alimlər üçün keçirdiyi müsabiqədə f.-r.e.n. Z.V.Səfərov, f.-r.e.n. C.C.Həsənov, f.-r.e.n. R.Ç.Mustafayev, f.-r.e.n. M.Q.Hacıbəyov, R.Ə.Bəndəliyev, f.-r.e.n. V.E.İsmayılov hər biri fərdi olaraq müxtəlif layihələrin qalibi olmuşlar.
4. f.-r.e.n. V.E.İsmayılovun «Çoxdəyişənli funksiyaların «Ridge» funksiyalarla yaxınlaşması» mövzusundakı layihəsi İNTAS-ın gənc alimlər müsabiqəsinin qalibi olmuşdur. (2 illik)
(“Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri dosent Vüqar İsmayılov İsraildə Texnion Riyaziyyat İnstitututnun kitabxanasında.)
(Gürcüstanda Cənubi Qafqaz ölkələrinin İNTAS layihəsi çərçivəsində “Dəyişən dərəcəli fəzalar” adlı Workshop keçirilmişdir. Soldan: prof.: Laşa Tetunaşvili, Vaxtanq Paataşvili (Gürcüstan), dos. Rövşən Bəndəliyev, prof. Novuhiko Fujii (Yaponiya), Gürcüstan EA-nın müxbir üzvü, Vaxtanq Kokilaşvili, prof. Stefan Samko (Portuqaliya), prof. Rafeiro Humberto (Portuqaliya), prof. Alixandr Almedia (Portuqaliya), dos. Mübariz Hacıbəyov, prof. Natalya Samko (Portuqaliya), prof. Alexadre Xarizaşvili (Gürcüstan)).
5. M.Q.Hacıbəyovun təklif etdiyi layihə Abdus Salam Beynəlxalq Nəzəri Fizika Cəmiyyəti tərəfindən qəbul edilmişdir .
2007 – 1. RMİ-nın əməkdaşları t.e.d. G.M.Pənahov və t.e.n. E.M.Abbasov Azərbaycan Milli Elm Fondu və Amerika Mülki Tədqiqatlar və İnkişaf Fondu Biznes Əməkdaşlıq Proqrammı çərçivəsində «Qaz əmələgətirən reagentlər vasitəsi ilə neft veriminin artırılması texnologiyası» mövzusunda elmi qrant alınmışdır.
2. Azərbaycan Milli Elm Fondu (AMEF) və ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu (MTİF) Biznes Əməkdaşlığı Proqramı (BPG) çərçivəsində «Qaz əmələgətirən reagentlər vasitəsi ilə neft veriminin artırılması texnologiyası» mövzusunda elmi qrant alınmışdır. Qrant üzrə bütün mərhələlər aid elmi-tədqiqat və mədən işləri başa çatdırılmışdır.
3. RMİ-nın əməkdaşları A.İ.Şahbazov və Y.V.Turovskiy, Ə.Ə.Babayev digər xarici əməkdaşlarla birlikdə İNTAS-ın qrantını qazanmışlar.
4. Akademik Akif Hacıyevin rəhbərliyi və təşkilatçılığı ilə Bakıda İNTAS-8792 layihəsinin üzvləri «Variable exponent analysis» mövzusunda Workshop təşkil edilmişdir. Workshopda Azərbaycanın, Portuqaliyanın, Finlandiyanın, Gürcüstanın tanınmış riyaziyyatçıları (S.Samko, P.Hasto, V.Kokilaşvili, akad. A.C.Hacıyev, prof. V.S.Quliyev və s.) iştirak etmişlər.
1. MTİF və AMEF tərəfindən elan edilmiş Birgə Elmi Qrant Proqramı çərçivəsində «Karbohidrogenlərin yüngül fraksiyaların buxarlanmasının qarşısının alınması üçün yeni yanaşma» mövzusunda layihə üçün qrant alınmışdur.
2. İNTAS layihəsi çərçivəsində f.-r.e.d., prof. V.S.Quliyev Kardif Universitetində (Uels) prof. Burenkovla birgə araşdırmalar aparmış və avstraliyanın Sidney şəhərində keçirilən «Workshop of Function Spaces and Applications» proqramında bir saatlıq plenar məruzə etmişdir.
3. T.R.Muradovun təklif etdiyi layihə Abdus Salam Beynəlxalq Nəzəri Fizika Cəmiyyəti tərəfindən qəbul edilmişdir.
2009-cu ildə 4 qrand alınmışdır.
1. «Variable exponent analisis» – İNTAS qrantı.
İcraçılar: akad. A.C. Hacıyev, f-r.e.n. M.Q. Hacıbəyov, f-r.e.n. R.Bəndəliyev.
2. «Besov -Morri tipli fəzalarda potensial və karlsison ölçüsü».
İcraçılar: f-r.e.d., prof. V.S.Quliyev, f-r.e.n. R.C.Mustafayev, f-r.e.n. C.C.Həsənov.
3. «Avea. operator and Hardy spaces» – Amerika-Azərbaycan ikitərəfli birgə qrant layihəsi.
İcraçılar: f-r.e.d., prof. V.S.Quliyev, ABŞ Alabama Universitetinin prof. Zhijian Wu.
4. Azərbaycan Milli Elm Fondu (AMEF) və ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu (MTİF) Biznes Əməkdaşlığı proqramı qrantı. «Karbo-hidrogenləri rezervuarlarda saxladıqda itkilərin aradan qaldırılması ilə ətraf mühit ekologiyasının zərərsizləşdirilməsi texnologiyaları».
İcraçılar: Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) akademiki, t.e.d. G.M.Pənahov, t.e.n. E.M.Abbasov.
2010-cu ildə 6 qrant alınmışdır:
1. «Harmonik analizin inteqral operatorlarının bəzi funksional fəzalarda məhdudluğu və tətbiqləri»-60.000man.
İcraçılar: akad., A.C.Hacıyev, f.-r.e.d., prof. V.S.Quliyev, f.-r.e.d., prof. R.M.Rzayev, f.-r.e.n., C.C.Həsənov, f.-r.e.n., R.Ə.Bəndəliyev, f.-r..e.n., R.Ç.Mustafayev, f.-r.e.n., M.Q.Hacıbəyov, f.-r.e.n., Z.V.Səfərov, f.-r.e.n., E.V.Quliyev, k.e.i. F.A.İsayev.
2. «Mineral tullantılardan istifadə etməklə parnik effekti riskinin azaldılması və neftçıxarmada fraktal strukturların tənzimlənməsi metodlarının işlənməsi»-40.000man.
İcraçılar: RTEA-nın akademiki, t.e.d. G.M.Pənahov, t.e.n. E.M.Abbasov.
3. «Analitik funksiyalar üçün Riman sərhəd məsələsinin abstrakt analoqu və onun tətbiqi»-10.000man.
İcraçılar: f.-r.e.d., prof. B.T. Bilalov, f.-r.e.n. V. F. Salmanov, S. R. Sadıqova, A.A.Tağıyeva.
4. «Sobolev tənliyi üçün Koşi məsələsi və sərhəd məsələlərinin həllərinin olduqda asimptotik ayrılışı»-10.000man.
İcraçılar: AMEA-nın müxbir üzvü B.A.İsgəndərov, C.Y.Məmmədov, G.X.Əliyeva.
5. «Xətti superpozisiyaların yaxınlaşdırma xassələri və neyron şəbəkələrə tətbiqləri»-9.000man
İştirakçı: f.-r.e.n. V.E.İsmayılov.
6. «Xəzər dənizində küləklərin qlobal vektorunun təsiri altında formalaşan axınların riyazi modelləşdirilməsi və vizuallaşdırılması»-20.000man.
İcraçılar: f.-r.e.n. F.B.İmranov, f.-r.e.n. N.Cəfərov, H.Nağıyev, S.Əzizova, T.Maqsudova.
2011-ci ildə əməkdaşlarımız Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Konsulluğunun (TİBİTAK) 1, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun isə 12 qrantını almışlar.
1. «Analitik funksiyalar üçün Riman sərhəd məsələsinin abstrakt analoqu və onun tətbiqi».
İcraçılar: B.T. Bilalov (layihə rəhbəri), S.R.Sadıqova (10,000man).
2. «Qeyri stasionar tənliklərin sonsuzluğa gedən həlləri».
İcraçılar: T.S. Hacıyev (layihə rəhbəri), V.Ə. Məmmədova, N.R. Sadıqova (9,000 man).
İcraçılar: G.M.Pənahov (layihə rəhbəri), E.M. Abbasov 2 il (40,000man).
4. «Qaynar məhsulun ötürülən qalın borunun uzunmüddətli möhkəmliyi».
İcraçılar: M.B. Axundov (layihə rəhbəri), Ə.İ. Seyfullayev, L.A.Həsənova (9,000 man)
5.«Xəzər dənizində küləklərin qlobal vektorunun təsiri altında formalaşan axınların riyazi modelləşdiriməsi və vizuallaşdırılması».
İcraçılar: F.B. İmranov (layihə rəhbəri), H. Nağıyev, N. Cəfərov, T. Maqsudova, S. Əzizova, 2 il (20,000 man).
6.«Harmonik analizin inteqral operatorlarının funksional fəzalarda məhdudluğu və bəzi tətbiqləri».
İcraçılar: A.C.Hacıyev (layihə rəhbəri), R.M.Rzayev, V.S.Quliyev, C.C.Həsənov, R.Ç.Mustafayev, R.Ə. Bəndəliyev 2 il (60,000man).
7.«Xətti superpozisiyaların yaxınlaşdırma xassələri və neyron şəbəkələrə tətbiqləri».
İcraçılar: V.E.İsmayılov (9,000 man).
8.«Sobolev tənliyi üçün Koşi və qarışıq məsələlərin həllərinin zamanın böyük qiymətlərində asimptotik ayrılışı».
İcraçılar: B.A.İsgəndərov (layihə rəhbəri), C.Y. Məmmədov, G.X.Əliyeva (10,000 man).
9.«Spektral parametrli ikinci tərtib diferensial-operator tənlik üçün sərhəd məsələsinin həll olunması».
İcraçılar: B.Ə.Əliyev (layihə rəhbəri), M.Q.Balayev, Ə.Adıgözəlov
(6,000 man).
10. «Operator əmsallı diferensial-operatorların spektr və izinin tədqiqi».
İcraçılar: M. Bayramoğlu (layihə rəhbəri), N.M.Aslanova, M.B. Mürsəlova (7,000 man).
11.«Nəsrəddin Tusinin riyazi və məntiqi əsərlərinin tədqiqi».
İcraçılar: Ə.Ə. Babayev (layihə rəhbəri), V.F.Məclumbəyova, E.M. Məmmədov, S.H.İbrahimova 2il (40,000 man)
12.«Yarımxətti hiperbolik tənliklər üçün Koşi məsələsinin qlobal həll olunması».
İcraçılar: Ə.B. Əliyev (layihə rəhbəri), K.S. Məmmədzadə (8,000 man).
13. Türkiyənin Elmi və Texnoloji Tədqiqatlar Konsulluğundan (TUBİTAK) №110T695 qrantı: «Harmonik analizin operatorları yeni tip fəzalarda; Ümumiləşmiş Morri fəzaları və ümumiləşmiş dəyişkən üstlü Morri fəzaları və bəzi tətbiqləri».
İcraçılar: V.S. Quliyev (layihə rəhbəri), A.Şerbetçi (Ankara Univ. Prof.), A.Akbulut (Ahi-Evran Univ. yardımçı dosent). (150,000 yeni türk lirəsi)
2012-ci ildə Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Konsulluğu-nun (TUBİTAK) 1, Türkiyə Ahi-Evran Universitetinin 3, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 3 və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun gənclər üçün elan etdiyi müsabiqənin 2 qrantını almışlar..
1.”Analitik funksiyalar üçün Riman sərhəd məsələsinin abstrakt analoqu və onu tətbiqi”. (10.000man)
Layihə rəhbəri: B.T. Bilalov.
2.”Qeyri stasionar tənliklərin sonsuzluğa gedən həlləri” (9.000man)
Layihə rəhbəri: T.S.Haciyev
3.”Mineral tullantılardan istifadə etməklə parnik effekti riskinin azaldılması və neftqazçıxarmada fraktal strukturların tənzimlənməsi metodlarının işlənməsi” (40.000man)
Layihə rəhbəri: G.M.Pənahov.
4.”Həyəcanlanmış eksponent sisteminin Lebeq fəzalarında bazislik xassələrinin tədqiqi” (4.000man)
Layihə rəhbəri: T.R. Muradov.
5.”Xəzər dənizində küləklərin qlobal vektorunun təsiri altında formalaşan axınların riyazi modelləşdirilməsi və vizuallaşdırılması” (20.000man)
Layihə rəhbəri: F.B. İmranov
6.”Harmonik analizin inteqral operatorlarının funksional fəzalarda məhdudluğu və bəzi tətbiqləri” (60.000man)
Layihə rəhbəri: A.C.Hacıyev
7.”Xətti superpozisiyaların yaxınlaşdırma xassələri və neyron şəbəkələrə tətbiqləri” (9.000man)
Layihə rəhbəri: V.E. ismayılov.
8.”Sobolev tənliyi üçün Koşi və qarışıq məsələlərin həllərinin zamanın böyük qiymətlərində asimptotik ayrılışı” (10.000man)
Layihə rəhbəri: B.A.İsgəndərov
9. “Spektral parametrli ikinci tərtib diferensial-operator tənlik üçün sərhəd məsələsinin həll olunması” (6.000man)
Layihə rəhbəri: B.Ə.Əliyev.
2013-cü ildə İnstitut alimlərinin büdcədən kənar vəsait kimi müxtəlif fond və proqramların vəsaitindən istifadəsi davam etdirilmişdir. Beləki, Riyaziyyat və Mexanika İnstitutunun alimləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə 2013-cü il üçün keçirilmiş müsabiqədə 4 (dörd) layihənin qalibi olmuşlar:
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü ilin “Gənc alim və mütəxəssislərin 2-ci müsabiqəsində” İnstitutunun gənc alimləri 2 (iki) layihənin qalibi olmuşlar:
Ötən il alınmış 11 qrantdan 9-u üzrə işlər davam etdirilir. Bunlar: Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Konsulluğunun (TUBİTAK) 1, Türkiyə Ahi-Evran Universitetinin 2, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 3 və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun gənclər üçün elan etdiyi müsabiqənin 3 qrantıdır.
Sadalanan qrantlar aşağıdakılardır:
1.”Mineral tullantılardan istifadə etməklə parnik effekti riskinin azaldılması və neftqazçıxarmada fraktal strukturların tənzimlənməsi metodlarının işlənməsi” (40.000man) 03.2011-03.2013 Layihə rəhbəri: G.M.Pənahov.
2.”Həyəcanlanmış eksponent sisteminin Lebeq fəzalarında bazislik xassələrinin tədqiqi” (4.000man) Layihə rəhbəri: T.R. Muradova.
3.”Xətti müsbət operatorların yaxınlaşmasının tədqiqi” (8.000man)
Layihə rəhbəri: A.H.Məmmədova. 03.2011-03.2013
4. Türkiyənin Elmi və Texnoloji Tədqiqatlar Konsulluğunun qrantı “Harmonik analizin operatorları yeni tip fəzalarda: ümumiləşmiş Morri fəzaları və ümumiləşmiş dəyişkən üstlü Morri fəzaları və bəzi tətbiqləri” (120.000YTL)
Layihə rəhbəri: V.S.Quliyev.
5.Türkiyənin Ahi-Evran Universitetinin BAP PYO EEN 4001.12.18 saylı 15.07.2012-15.07.2013 tarixli qrantı “Heisenberg qruplarında tanımlanan Schredinger tipli kesirli inteqral operatoru və onun komutatoru üçün Morri Eşitsizlikləri və uyğulamaları. (6.000 YTL) Layihə rəhbəri: V.S.Quliyev
6.Türkiyənin Ahi-Evran Universitetinin BAP-FBA 10-05 saylı 13.08.2010-13.08.2013 tarixli qrantı “Carnot qruplarındakı maksimal, kesirli maksimal və Riesz Potensiyel Operatorlarının Genelleştirilmiş Morri uzaylarındakı sınırlılığı və Uyğulamaları” (6.000man) Layihə rəhbəri: V.S. Quliyev.
7.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun qrantı “Neft quyularının istismarı zamanı lay təzyiqinin bərpası” (23.512 man) 01.10.2012-01.10.2013 Layihə rəhbəri: B.T.Bilalov
8.ARDNŞ-in Elm Fondunun qrantı “Karbohidrogen çirklənmələrinin su səthində yayılma dinamikası” (45.000man) 01.10.2012-30.09.2014
Layihə rəhbəri: Ə.B. Əliyev
9.ARDNŞ-in Elm Fondunun qrantı “Durğun neft sahələrinin təyini, istismar və vurucu quyuların optimal yerləşdirilməsi üçün alqoritmlər və proqram təminatı” (160.000 man) Layihə rəhbəri: S.Ə.Əliyev 01.10.2012-31.03.2014
Bundan əlavə, 2013-cü ildə tədqiqatların aparılması üçün İnstitutda 9 qrant, birgə əməkdaşlıq layihələri üzrə AMEA-dan kənar qurumlardan (o cümlədən xarici) ayrılmış 107.503 man vəsait il ərzində artıq istifadə olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 29 iyul 2013-cü il tarixli 177 saylı Sərəncamında qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Prezidenti “Gənclər üçün Prezident mükafatı” haqqında 02 iyul 2013-cü il tarixli 934 №-li Fərman imzalamışdır.
Riyaziyyat və Mexanika İnstitutu “Gənclər üçün Prezident mükafatı”nın Əsasnaməsini əsas tutaraq, Riyaziyyat və Mexanika İnstitutunun 04 sentyabr 2013-cü il tarixli Elmi Şurasının 9 saylı qərarı ilə elmdə əldə etdikləri nailiyyətləri və elmi-təşkilati fəaliyyətləri ilə fərqlənən 3 (üç) gənc aliminin: f-r.e.n.,dos. Rövşən Bəndəliyev, f-r.e.n., dos. Toğrul Muradov və f-r.e.n. Səbinə Sadıqovanın namizədlikləri irəli sürülmüşdür.
Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi
İl |
Plan üzrə işlərin sayı |
O cümlədən |
Tətbiq olunub |
Plan həcmində yerinə yetirilib |
Yerinə yetirilməyib |
Plandan əlavə tətbiq olunub |
|
Keçici |
yeni |
||||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
2008 |
4 |
2 |
2 |
2 |
3 |
1 |
– |
2009 |
2 |
2 |
– |
3 |
2 |
– |
– |
2010 |
2 |
1 |
1 |
2 |
2 |
– |
– |
2011 |
2 |
2 |
– |
2 |
2 |
– |
1 |
2012 |
2 |
2 |
– |
1 |
2 |
– |
1 |
2013 |
1 |
– |
1 |
– |
1 |
– |
1 |