Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

03 may 2023-cü il tarixində, saat 10:00-da RMİ-nin ümuminstitut seminarında “Dalğa dinamikasi” şöbəsinin fizika-riyaziyyat elmləri doktoru, dosent Nazilə Bilal qızı Rəsulova “Elastodinamikanın müstəvi məsələlərinin kompleks dəyişənli analitik funksiyalarla ifadəsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə işdə hiperbolik tipli  diferensial tənliklər sistemi həllərinin, kompleks dəyişənli analitik funksiyalarla ifadəsi nümayiş etdirilir. Xüsusi halda çevik membrana dairəvi olmayan konusla zərbə […]

Dünya Nyutonun bəşəriyyətin sonu haqqında öncəgörənliyindən təşvişə düşüb…

Bu gün Böyük Britaniya sakinləri məşhur ingilis alimi İsaak Nyutonun 2060-cı ildə dünyanın sonunun gələcəyi barədə proqnoz verməsindən narahat olub, həyəcan keçirməyə başlayıb. Bu barədə “The Mirror” nəşri yazıb. Əsrlər boyu böyük nüfuz qazanan böyük fizik və riyaziyyatçı güman edilən fəlakəti hələ 1704-cü ildə İncil və digər dini mənbələrdən aldığı biliklərdən istifadə edərək müəyyən edib. […]

Süni insan beyni yaradıldı

Sidney Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu insan beyninə bənzər qısamüddətli və uzunmüddətli yaddaşın xüsusiyyətlərini nümayiş etdirən insan tükünə bənzər nanokristallar şəbəkəsi hazırlayıb. Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub. Filamentvari nanokristallar diametri nanometr səviyyəsində olan naqillərə bənzəyir. Tük şəbəkələri beyindəki neyronların və sinapsların işini təqlid edən neyromorfik texnologiyalar üçün əsas kimi istifadə olunur. […]

AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda beynəlxalq konfrans öz işini plenar iclaslarla davam etdirir

27 aprel 2023-cü il tarixində plenar iclaslarda məruzə etdilər: Sədr: L. Kocinac, A.Golberg Jozef Zajac (Chelm, Poland) – Mathematical methods in technical designs Ekrem Savaş (Usak, Turkiye) – σ convergence of order β Azimbay Sadullayev (Tashkent, Uzbekistan), Atamuratov Alimardon (Tashkent, Uzbekistan) – Polynomi als on parabolic manifolds Sədr:  J.Zajac, A.Sadullaev Varga Kalantarov (Istanbul, Turkiye)-Stablizaition of […]

AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda beynəlxalq konfrans öz işini plenar iclaslarla davam etdirir

26 aprel 2023-cü il plenar iclaslarda məruzə etdilər: Sədr:  AMEA –nın müxbir üzvü, prof. Misir Mardanov,  V. Kalantarov Shavkat Ayupov (Tashkent, Uzbekistan) – 2-local derivations and automorphisms on von Neumann algebras and AW*-algebras Yusif Mammadov (Baku, Azerbaijan), Hikmat Ahmadov (Baku, Azerbaijan) – On a mixed problem for heat equation with time deviation in boundary conditions […]

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb

Aprelin 26-da AMEA-nın Əsas binasında AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Əvvəlcə elmi ictimaiyyətin nümayəndələri Fəxri Xiyabanda müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini […]