Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanlı alimlərin elmi əsəri “ELSEVİER” nəşriyyatına daxil olan nüfuzlu jurnalda dərc edilib

Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə çap olunub. AZƏRTAC xəbər verir ki, “ELSEVİER” nəşriyyatına daxil olan “Journal of Sound and Vibration” 4.7 impakt faktorlu jurnalda dərc edilən məqalə “Sıxılan özlü olmayan mayeyə batırılmış homogen […]

AMEA-da “Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” mövzusunda elmi konfrans keçirilib

Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasında “Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş nitqi ilə çıxış edib. Qeyd edib ki, Prezident İlham Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik dövlətçilik tariximizin ən möhtəşəm və […]

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul etməsi barədə məlumat yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, akademik İsa Həbibbəylinin Naftalan-Goranboy rayonlarına səfəri, […]

Süni zəka qlobal miqyasda bir ölkə qədər elektrik enerjisi sərf edir

Süni zəka müasir insanın həyat fəaliyyətinin bir çox aspektlərini sadələşdirmək potensialına sahibdir. Lakin onun aktiv şəkildə müxtəlif sahələrə inteqrasiyası elektrik enerjisinin tələbatının yüksəlməsinə səbəb ola bilər. Yaxın gələcəkdə qlobal süni zəka infrastrukturu bir ölkənin sərf etdiyi elektrik enerjisi qədər enerjiyə ehtiyac duya bilər. Bu cür nəticəyə Amsterdam Müstəqil Universitetinin aspirantı Alex de Vries gəlib. Artıq 1 ilə yaxındır ki, süni zəka sahəsi aktiv […]

2023-cü ilin sonuncu Günəş tutulması baş verəcək

14 oktyabrda ilin sonuncu Günəş tutulması baş verəcək. Günəş tutulması tam, halqavari, hibrid və qismən tutulmalara ayrılır. Bu tutulma halqavari tutulma olacaq. Ay Yerdən bir qədər uzaqlaşdığında (apogeydə və yaxınlığında) Ayın diski Günəş diskini tam örtə bilmir və bu zaman halqavari tutulma müşahidə olunur. Günəşin Ayın ətrafında “atəş halqası” yaratdığı bu halqavari tutulma ABŞ, Meksika, […]

65 və daha yuxarı yaş qrupu gənclərdən çox olacaq – ÜST

2024-cü ilə qədər Avropa ölkələrində 65 və yuxarı yaşda olan insanların sayı 15 yaşa qədər olan gənc əhalidən çox olacaq. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının “ÜST-nin Avropa regionunda sağlam qocalma üçün fiziki aktivliyin və sağlam pəhrizin təşviqi” adlı hesabatında bildirilib. Qeyd edilib ki, bu tendensiya qocalmış əhalinin təsirini azaltmaq üçün sağlam yaşlanmaya diqqət yetirməyi tələb […]

Faydalı linklər