Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib

Dekabrın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib. Görüşdə Agentliyin direktoru Ülkər Səttarova qurumun fəaliyyəti, elm, ali və orta ixtisas təhsili sahəsində görülən işlər və perspektiv planlar barədə məlumat verib. İctimai Şuranın sədri Hikmət Əlizadə və Şura üzvləri elm və ali təhsilin […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin dekabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına”, “Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına” və “Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına” müraciətləri yer alıb. Bugünkü sayda, ilk səhifələrdə AMEA kollektivi adından COP29 […]

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının cari il üzrə hesabat iclasları başa çatıb

27 noyabr- 06 dekabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclaslarında bir sıra şöbələrin cari il üzrə hesabatları dinlənilib. İclaslarda institutun 13 şöbənin 2024-cü il üzrə hesabatları təqdim olunub. İnstitutun riyaziyyat və mexanika kimi əsas fəaliyyət  istiqamətləri üzrə aparılan fundamental elmi tədqiqatlar, son illərin bibliometrik göstəriciləri, […]

Dissertasiya işinin müdafiəsi keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 06 dekabr 2024-cü il tarixli iclasında  Elvin Səxavət oğlu Rzayevin “Bəzi operator-diferensial tənliklərin həll olunma məsələləri və spektral xassələri” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi […]

Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin cari il üzrə hesabatı dinlənildi

06 dekabr 2024 -cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının iclası keçirildi. İclasda “Funksional analiz” şöbəsi 2024-cü il üzrə hesabatı təqdim etdi. Sonda şöbənin hesabatı qəbul edildi, bir sıra təklif və tövsiyələr səsləndirildi. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbiri keçiriləcək

Dekabrın 10-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə nazirliyin rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, təhsil işçiləri və digər qonaqların iştirakı nəzərdə tutulur. Tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilən jurnalın […]