Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə iclasında 12 oktyabr 2023-cü il tarixli  saat 1100-da Günay Qəfil qızı İsmayılovanın “Bəzi tərs sərhəd məsələlərin həllinə optimallaşdırma üsullarının tətbiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə Fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi Institutun akt zalında keçiriləcək. İclasa […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər. İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin güclü Azərbaycan naminə […]

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi

11 oktyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi r.e.d., prof. Elşad Hətəm oğlu Eyvazov ”Spektral sürüşmə funksiyası və həyacanlanmış operatorun məxsusi ədədləri” mövzusunda məruzə edib. Məruzədə müsbət yarımoxda kvadratı ilə cəmlənən funksiyalar fəzasında birölçülü sərbəst Hamiltonianların  köməyi ilə iki müsbət öz-özünə […]

Gələcəkdə telefonu əvəz edəcək cihaz

Dünyanın aparıcı şirkətlərindən olan “Apple” gələcəkdə telefonu əvəz edə biləcək cihaz hazırlayıb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, “Humane Ai Pin” adı verilən yeni cihaz əl ilə qarşılıqlı əlaqədə olan təsvir proyeksiya edir. Cihaz displey əvəzinə proyektoru (böyük ekranda təsvirin yaradılması üçün nəzərdə tutulmuş optik cihaz) olan çox yığcam telefona bənzəyir. O, geyimə yapışdırılır, mətn və […]

E L A N

18.10.2023-cü il tarixində saat 10:00-da Ümuminstitut seminarda RMİ-nın “Diferensial tənliklər” şöbəsinin  baş elmi işçisi Əliyev Bəhram Əli oğlu “İkinci tərtib elliptik diferensial-operator tənlik üçün bəzi sərhəd məsələləri haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə ikinci tərtib elliptik diferensial-operator tənlik üçün sərhəd şərtlərindən birinə xətti operator (məhdud, qeyri-məhdud) və ya spektral parametr daxil olan sərhəd məsələlərinə baxılır. © […]

E L A N

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu ED 1.04  dissertasiya şurasının nəzdindəki 1202.01- Analiz və funksional analiz ixtisasında elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 18 oktyabr 2023-cü il tarixli iclasında saat 11:00-da Səbinə Rahib qızı Sadıqovanın “Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında” mövzusunda riyaziyyat elmləri doktoru dissertasiya işinin […]

Faydalı linklər