Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

F.-r.e.d. Biləndər Paşa oğlu Allahverdiyev “Hilbert fəzalarında öz-özunə qoşma və öz-özünə qoşma olmayan operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut f.-r.e.d. Biləndər Paşa oğlu Allahverdiyev “Hilbert fəzalarında öz-özunə qoşma və öz-özünə qoşma olmayan operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda məruzə edib. Hilbert fəzalarında təsir edən kəsilməz spektrə malik öz-özüne qoşma olmayan operatorların və operator qiymətli funksiyaların spektral nəzəriyyəsinin bəzi məsələləri tədqiq edilmişdir. Simmetrik Şredinqer, sinqulyar […]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,  AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev müəllifi olduğu məqalə çap olunub. Məqalə “Positivity” (https://www.springer.com/journal/11117/) (WoS, IF-0.853)  Q3 yüksək  impakt faktorlu jurnalda dərc edilib. “Ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund operatorlarının komutatorları və tətbiqləri”  adlı məqalədə ümumiləşmiş çəkili Morri fəzalarında Dini tipli nüvəli multixətti Kalderon-Zigmund […]

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Riyaziyyat və Mexanika institutunda “Pi” gününə həsr olunmuş  elmi seminar keçirilib

14 mart 2023-cü il  Riyaziyyat və Mexanika institutunda “Pi” gününə həsr olunmuş  elmi seminar keçirilib. Öncə institutun direktoru,  AMEA – nın müxbir üzvü, professor Misir Mərdanov dünya riyaziyyatçılarını bu bayram münasibəti ilə ürəkdən təbrik edir və onlara ümumbəşəri elmi fəaliyyətlərində daha böyük uğurlar arzu edib.  Bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə […]

Havadan elektrik enerjisi əldə ediləcək

Avstraliyadan olan alimlər atmosferdəki hidrogeni elektrik enerjisinə çevirən fermenti əldə edə biliblər. Sözügedən ferment buzlaqlarda və termal su mənbələrində sağ qalmağı bacaran bakteriyalardan əldə edilib. Əldə edilmiş fermentin həssaslığı o qədər yüksəkdir ki, o, atmosferdə hətta ən kiçik miqdarda hidrogeni belə uda bilir. Gələcəkdə onun sayəsində elektron cihazları elektrik enerjisi ilə təmin etmək mümkün olacaq. […]

Dahiləri bir də belə tanıyaq!

Rembrandt Harmens van Reyn Dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri – məşhur holland rəssamı, dəyirmançının dahi oğlu Rembrandt Harmens van Reyn… Bütün dahilər kimi o da sənətinin zirvəsinə qalxmış, həyatın ən şirin və acı anlarını yaşamışdı. Həyatı boyu ailəsi ilə bağlı bir çox faciələrlə üzləşmiş bu dahi ömrünün sonunu səfalət və kədər içərisində keçirmişdi… Leyden […]

Bu xəstəlik artıq süni intellektlə təsbit ediləcək

Süni intellekt texnologiyası hər  keçən gün yeni bir sahədə tətbiq olunmağa davam edir. Bu dəfə isə sözügedən texnologiyadan Alzheimer xəstəliyinin diaqnozunun qoyulması üçün istifadə edilib. Maşın öyrənmə və dərin öyrənmə üsullarından istifadə edən tədqiqatçılar uğur əldə ediblər. Dünyada təxminən 40 milyona yaxın insan nevroloji xəstəlik olan Alzheimerdən  əziyyət çəkir. Lakin indiyə qədər xəstəliklə bağlı bir […]