Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elmi-texniki informasiya” şöbəsinin müdiri, Yaqubova Xalidə xanımı 75 yaşı münasibətilə təbrik edirik!

Riyaziyyat və Mexanika İnstitutunun Elmi-texniki informasiya şöbəsinin müdiri, Yaqubova Xalidə xanımın anadan olmasının 75 ili tamam olur. Yaqubova Xalidə Əsədulla qızı 18 sentyabr 1948-ci ildə Şəmkir rayonunda anadan olub. 1962-ci ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumuna, 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) kitabxanaçılıq fakültəsinə qəbul olmuşdur. 1977-ci ildən Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitununa […]

Sentyabrın 15-i “Bilik Günü”dür

15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab lham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb. Elə həmin ildən etibarən 15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd olunmağa başlayıb. Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakına dair məlumat yer alıb. Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, Akademiyada AFAD-ın nümayəndə heyəti ilə keçirilən görüş, “Heydər Əliyev […]

RMİ-nin əməkdaşlarının birgə məqaləsi nüfuzlu və ən qədim riyaziyyat jurnallarının birində çap edilib

RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri prof. Vüqar İsmayılovun, həmin şöbənin elmi işçisi r.ü.f.d. Aidə Əsgərovanın və “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi r.ü.f.d. Əli Hüseynlinin birgə məqaləsi nüfuzlu və dünyanın ən qədim jurnallarından biri olan “Proceedings of the Edinburgh Mathematical Society” jurnalında çap edilib. “Proceedings of the Edinburgh Mathematical Society” jurnalı Edinburq Riyaziyyat Cəmiyyətinin (1883-cü […]

ELAN

20.09.2023-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., prof. Vüqar Elman oğlu İsmayılov «İki cəbr cəmi ilə yaxınlaşma məsələsində ekstremal elementin xarakterizasiyası» mövzusunda məruzə edəcəkdir. Məruzədə kompakt metrik fəzada təyin olunmuş kəsilməz funksiyaya iki cəbrlər cəmindən olan ən yaxın elementin xarakterizasiyası haqqında söhbət açılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

Riyaziyyat və Mexanika İnstitunda Ümuminstitut seminarı keçirildi

13 sentyabr 2023-cü il tarixində AR ETN Riyaziyyat və Mexanika İnstitunda növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda institutun   “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev İbrahim Mayıl oğlu “Kanonik Dirak sistemi  üçün tərs məsələlər” mövzusunda məruzə edib. Məruzədə Dirak operatoru üçün müxtəlif qoyuluşlu tərs spektral məsələlərin həlli haqqında məlumat verib. © Bütün hüquqlar qorunur. […]

Faydalı linklər