Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas fənnindən doktoranturaya qəbul imtahanları keçirilmişdir

12  sentyabr 2023-cü il tarixində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə “Analiz və funksional analiz”,  “Dinamik sistemlər və optimal idarəetmə” və “Maye, qaz və plazma mexanikası” ixtisaslardan doktoranturaya qəbul imtahanları keçirilmişdir. İmtahan nəticələri beləlir: N.Y.Əsgərova – əla İ.Q. Feyzullayev  – yaxşı D.Q.Əzizov – yaxşı T.Ə.Kərimova – yaxşı © Bütün […]

“Atom kralı”- Misir Mərdanov yazır

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Biz xalqımızın yetişdirdiyi və fəxr etməli olduğumuz soydaşlarımıza yetərincə qiymət verməyi bacarırıqmı? Bu bacarıqlarımızı başqa xalqlarla müqayisədə verərək fərqi görmək istəyirəm. Məsələn, İtaliyanın Paqanini adlı bir skripka ifaçısı o qədər reklam edilib, loru dildə desək, “şişirdilib” ki, 1840-cı ildə vəfat etsə də, onu […]

117 000 il ərzində insan əcdadlarının sayı 1300 nəfər fərdi keçməyib

Çinli antropoloqlar belə bir nəticəyə gəliblər ki, müasir insanın Afrikada yaşamış əcdadları Homo Sapiens-in ortaya çıxmasına az müddət qalmış əhali çoxalması prosesində baş vermiş ani azalmadan möcüzəvi şəkildə sağ çıxa biliblər. Təqribi olaraq 1 milyon il bundan öncə planetin iqlimində baş vermiş ani dəyişiklik əhali artımını kəskin şəkildə aşağı salıb. Nəticədə fərdlərin sayı 1280 nəfəri keçməyib və bu […]

Smartfonlardan aşırı istifadə uşaqların inkişaflarını ləngidir

Yaponiyanın Tohoku Universitetinin tədqiqatçıları aşkar ediblər ki, 1 yaşa kimi olan uşaqların cizgi filmlərinə baxmaları və smartfonlarla qarşılıqlı əlaqədə olmaları onlara mənfi təsir göstərir. Bu halda uşaqlarda inkişaf, sosial və özəl bacarıqlarla bağlı problemlər yaranır. Aparılmış tədqiqat çərçivəsində alimlər 2013-cü ildən 2017-ci ilə kimi 7000 körpənin bacarıqlarını analiz ediblər. Həmin körpələrin valideynləri hər gün öz övladlarının neçə saat […]

ELAN

13.09.2023- cü  il  saat  10:00-da  Ümuminstitut  seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev İbrahim Mayıl oğlu “Kanonik Dirak sistemi  üçün tərs məsələlər” mövzusunda məruzə edəcəkdir. Məruzədə Dirak operatoru üçün müxtəlif qoyuluşlu tərs spektral məsələlərin həlli haqqında məlumat vermək nəzərdə tutulur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

4-7 Sentyabr 2023-cü il tarixlərində Türkiyənin Konya şəhərində Konya Texniki Universitetində  23-cü Beynəlxalq Mexanika Konqresi keçirilmişdir

Konqresdə  Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin  müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bilal Bilalov  “Banax-Sobolev fəzalarında elliptik tənliklər nəzəriyyəsinin müasir problemləri” mövzusunda plenar məruzə ilə çıxış etmiş və sertifikatla mükafatlandırılmışdır. Konqres bölmə iclasları və  dünyanın müxtəlif elm mərkəzlərinin, universitetlərinin mexanika riyaziyyatçı alimlərinin  məruzələrini dinlənilməklə  öz işini yekunlaşdırmışdır. © Bütün hüquqlar qorunur. […]

Faydalı linklər