Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

28 yanvar Məlumatların Mühafizəsi Günüdür

28 yanvar dünyada Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. 1981-ci ildə məhz bu tarixdə Avropa Şurası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənilməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiya (108 saylı konvensiya) qəbul edib. Bu günün qeyd olunmasında məqsəd fərdi məlumatların mühafizəsinin əhəmiyyətini vurğulamaq, fərdi məlumatların mülkiyyətçi və operatorlarının öhdəliklərinə, o cümlədən subyektlərinin hüquqlarına diqqəti cəlb etməkdir. […]

27 yanvar – Beynəlxalq İnternetsiz Gün

Məlum olduğu kimi, bayram tarixləri sırasında “İnternet günü” ilə yanaşı “Beynəlxalq İnternetsiz gün” adlı qeyri-adi bir bayram da mövcuddur. Bu bayram dünyada hər il yanvar ayının sonuncu bazar günü qeyd olunur. Əsas məqsəd cəmi bir gün də olsa insanların fikrini kompüter və qlobal şəbəkədən yayındırmaq, istisna olaraq bu günü tamamilə real dünyada yaşamaqdır. Böyük Britaniyanın […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasında iştirakına dair məlumat yer alıb. Bundan əlavə, AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası, AMEA prezidentinin Macarıstanın Azərbaycandakı səfiri Tamaş […]

İctimaiyyətlə əlaqələrə məsul əməkdaşlarla görüş

Yanvarın 25-də Elm və Təhsil Nazirliyində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nazirliyin tabeliyinə verilən institutlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları ilə görüş keçirilib. Görüşün məqsədi ictimaiyyətlə əlaqələrin daha yaxşı qurulması və effektiv kommunikasiya fəaliyyətinin müzakirəsi olub. Elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək elmin populyarlaşmasında ictimaiyyətlə əlaqələrin rolu, nəzəri araşdırmaların praktik təqdimatı, bir sıra […]

“Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Eyvazov “Maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsi” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Eyvazov “Maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsi” mövzusunda məruzə etdi. Məruzə, bütün fəzada və üçölçülü zolaqda maqnit Şredinger operatorunun mühüm spektrinin astanasının solunda yerləşən məxsusi ədədlərin qiymətləndirilməsinə həsr […]

Ay Yerə 1000 il ərzində ən yaxın məsafədə olub –  Şamaxı Rəsədxanası

Yanvarın 21-dən 22-nə keçən gecə Ay Yerə 1000 il ərzində ən yaxın məsafədə olub.  Bu barədə Qaynarinfo-ya Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Ötən gecə Yerlə Ayın arasındakı məsafə 356.568 km olub. Belə ki, Ay Yer ətrafında elliptik orbit boyunca hərəkət etdiyindən Yerlə Ayın arasındakı məsafə daim dəyişir və […]