Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Google” şirkəti həkimlərin xəttini oxuyan süni intellekti təqdim edib

Google”a görə, həkimlər reseptləri tələsik yazmaqla məşhurdurlar, məhz buna görə bir çox insan onları oxumaqda çətinlik çəkir. Beləliklə, hər hansı bir resepti oxumaq üçün “Google Lens” vasitəsilə onun şəklini çəkmək, sonra isə proqramın müəyyən etdiyi preparatları seçmək lazım olacaq. Şirkət yeni texnologiyanın nə vaxt hamı üçün əlçatan olacağını açıqlamayıb, lakin qeyd edib ki, “Google Lens” […]

Tariximizin qəhrəmanlıq səhifəsi

1990–cı il yanvarın 19-da Azərbaycanı candan əziz sevən insanlar tələbələr, ziyalılar, sıravi vətəndaşlar Bakıya yeridiləcək Sovet qoşunların qarşısını kəsmək üçün şəhərin şimal qapısındakı meydana, küçələrə toplaşmış, sipər qurmuşdular. Bu mərdliyin, Vətən sevgisinin ən yüksək zirvəsi idi. Nə havanın soyuğu, nə də həyacanlı xəbərlər insanları çəkindirmirdi, əksinə  sıralar daha da sıxlaşırdı. Qanlı yanvar 141 nəfər soydaşımızın […]

Riyaziyyat və Mexanika İnstitutunda aparılan elmi-tədqiqat işlərinin nəticələri sərgidə nümayiş etdirilib

Yanvarın 18-də AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclası  keçirilib. İnformasiya Texnologiyaları İnstitutunda keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini, fizika elmləri doktoru, dosent Sakin Cabarov, Elm və Təhsil nazirinin […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin AMEA əməkdaşlarının, elmi işçilərin, doktorant və magistrantların, təqaüdçü alimlərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması haqqında Fərman və sərəncamları yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, “Kitabi-Dədə Qorqud” eposunun urdu dilində təqdimatının Pakistan mətbuatında işıqlandırılması, AMEA-nın prezidentinin Lənkəran […]

Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

18 yanvar tarixlərində Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz”, “Diferensial tənliklər” ixtisasları üzrə magistr pilləsində təhsil alan II kurs tələbələri üçün “Banax-Hardi sinifləri. Bazislik məsələlərində sərhəd məsələsi  metodu”, “Daxiletmə teoremləri və onların tətbiqlər” fənnlərindən imtahanlar keçirilib. Keçirilmiş imtahanlar uğurla başa çatıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Depressiyanı müalicə etmək üçün dünyada ilk beyin implantı yaradılıb

Inner Cosmos neyrotexnoloji şirkəti depressiya müalicəsi aparatının ilk xəstənin beyninə uğurla qoşulduğunu açıqladı. Inner Cosmos “rəqəmsal həb” iki hissədən ibarətdir: kəllə sümüyünün içərisinə yerləşdirilən elektrod və başın kənarına bərkidilmiş kapsul. İmplantasiya əməliyyatı ambulator şəraitdə cəmi 30 dəqiqə davam edir. İmplant gündə bir dəfə 15 dəqiqə ərzində beynin depressiyaya uğramış sahəsinə – sol dorsolateral prefrontal korteksə […]