Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Mütəxəssislər 2022-ci ilin ən mühüm elmi nailiyyətlərini açıqlayıblar

Geridə qoyduğumuz 2022-ci il elm və texnologiya sahəsində məhsuldar bir il oldu.  Bu barədə “Nature” jurnalı 2022-ci ildə baş verən elmi kəşflərin proqnozunu verib. Onun fikrincə, sıçrayışların sayında liderlər tibb və kosmos olacaq. Onlardan bəzilərini sizə təqdim edirik.  2022-ci ilin inqilabi kəşfi – Nobel mükafatı laureatı3 oktyabr 2022-ci ildə Svante Paabo Fiziologiya və Tibb üzrə […]

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə etdi

10 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub. Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Danışıq zamanı tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyini və bölgədə cari vəziyyəti müzakirə ediblər. Ceyhun Bayramov post-münaqişə dövründə […]

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 669 357 326 koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan 6 717 841 xəstə ölüb 640 873 074 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (103 151 843), Hindistan (44 681 523 nəfər), Fransa (39 421 144 nəfər), Almaniya (37 562 191 nəfər) və Braziliyadır (36 560 497 nəfər). Sərhəd […]

Rəqəmləri dünya standartına çevrilən DAHİ

Riyaziyyat həyatımızın mərkəzi bəlkə də ən qəliz nöqtəsidir. Kiminsə bezərək çözdüyü tənliklər, bir başqalarının zövq aldığı məsələlər, misallar. Heç düşünmüsünüzmü, niyə tənliklərdə məhz “X” istifadə olunur?! Məhz bu “X” fransız René Dekartın icadıdır. Biz də məktəbdə riyaziyyatı məhz Dekart sistemi üzrə öyrənirik. Uzun illər riyazi tənliklərdə məchul rəqəmlər A,B və C kimi adlandırılıb. Həmin dövrdə […]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının professoru, r.e.d. N.M. Aslanova “Dördüncütərtib diferensial-operator tənlik üçün bəzi spektral məsələlər” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ali riyaziyyat kafedrasının professoru, r.e.d. N.M. Aslanova “Dördüncütərtib diferensial-operator tənlik üçün bəzi spektral məsələlər” mövzusunda məruzə etdi. Məruzədə dördüncü tərtib diferensial operator tənlik üçün bəzi sərhəd məsələlərinə uyğun fəzadan çıxmaqla simmetrik operator təyin edilir və onun genişlənmələrinin […]

Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin Təşkilat Komitəsinin ilk iclası olub

Yanvarın 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə 2023-cü il 2-6 oktyabr tarixlərində Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclası açan Təşkilat Komitəsinin sədri Ə.Əsədov ilk dəfə 1950-ci ildə Paris şəhərində keçirilmiş konqresin dünyada kosmik sahə üzrə ən nüfuzlu […]