Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

19.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Avropa Riyaziyyat Cəmiyyətinin üzvü Qalina Mixalkina “Tədqiqat və təhsil məsələlərində Volfram texnologiyasının tətbiqi ” mövzusunda məruzə edəcəkdir. Məruzədə VolframTexnologiyaları əsasında yaradılmış və qabaqcıl hesablama vasitələri kimi elmi araşdırmalarda və təhsil sahəsində istifadə edilən bəzi computer proqramlarından danışılacaq. Misal olaraq boksda maye axınının modelləşdirilməsi məsələlərinin həllində, elektromaqnetizmin tədqiqində böyük həcmli […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fevralın 12-də növbəti Ümuminstitut seminarı keçirilib.

Seminarın məruzəçisi   Türkiyənin Atatürk Universiteti, Fənn fakültəsinin professoru Arif  Səlimov olub. Arif  Səlimov “Anti-Keler-Kodatsi strukturları haqqında bəzi qeydlər ” mövzusunda məruzə edib. Məruzəçi mövzu üzrə  riyaziyyat elminin inkişafında edilən son yeniliklərlə institut əməkdaşlarını  tanış edib. Qeyd edək ki, prof. Arif Səlimov Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat”  fakültəsinin tələbəsi olub, 1995-ci ildən Türkiyənin Atatürk Universitetində çalışır və […]

Fevralın 12-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda gündəlikdə duran məsələlər müzakirə edilib, qəraralar qəbul olunub.  Elmər doktoru üzrə 4 nəfər, fəlsəfə doktoru üzrə isə 8 nəfər dissertanturaya qəbul edilib. “Azərbaycan” qəzetində  yanvarın 25-də dərc edilən elana əsasən  Elmi Şura üzvləri Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə namizədlərini irəli sürüblər.

E L A N

12.02.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Atatürk Universiteti, Fənn fakültəsinin professoru Arif Səlimov “Anti-Keler-Kodatsi strukturları haqqında bəzi qeydlər ” mövzusunda məruzə edəcəkdir. Məruzədə Anti-Keler-Kodasti (m, J, g) çoxobrazlısı anlayışı haqqında danışılacaq. Bu çoxobrazlı üçün anti-Hermit (Norden) metrikası G=g o J g-nin Levi-Çivita əlaqəsinə nəzərən Kodatsi tənliyini ödəyir. Belə bir struktur inteqrallana bilən anti-Hermit strukturlarının […]

Ələsgər Gülgəzli texnika üzrə elmlər doktoru elmi dərəcəsinin verilməsi ilə bağlı dissertasiya işi müdafiə edib.

Fevralın 7-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Müdafiə şurasında Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi mexanika” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Ələsgər Gülgəzli “Təkrar yüklənmədə dönməz deformasiyaların nəzəri əsaslarının işlənməsi və praktikaya tətbiqləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya komissiyası yaradıldı

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya komissiyasının tərkibi müəyyənləşdirildi.  İnstitutun direktoru  Misir Mərdanov komissiya üzvləri ilə görüşüb, onları mövcud qanunlar və qaydalarla tanış etdi. Azərbaycan Milli Elmlər Akademiyasının  25 dekabr 2013-cü il Qərarına  əsasən Riyaziyyat və Mexanika İnstitutunda attestasiya komisiyyası yaradıldı: Sədr f.-r.e.d., prof. Əliyev Soltan Əli […]