Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

13.11.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin əməkdaşı f-r.e.d. Alik Malik oğlu Nəcəfov “Sobolev – Morri tipli Wlpφβ(G) fəzasında daxilolma teoremləri” mövzusunda məruzə edəcəkdir. Məruzəçi tərəfindən Morri tipli Lpφβ(G) və Sobolev-Morri tipli Wlpφβ(G) fəzaları qurulmuşdur. Qurulan fəzalardan olan, çoxölçülü oblastlarda təyin olunmuş funksiyaların ümumiləşmiş qarışıq törəmələri üçün inteqral göstərilişi alınır. Bu inteqral göstərilişinin […]

E L A N

06.11.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d. Nazilə Bilal qızı Rəsulova “Silindrik oblastlarda qeyri-stasionar poseslərin yeni tədqiqat metodu haqqında” mövzusunda məruzə edəcəkdir. Silindrik oblastlarda qeyri-stasionar proseslərin tədqiqi, həlli çox çətin olan riyazi problemlərlə müşayət olunur. Çox sadə hallar üçün isə yalnız (məs. bütöv bircins silindr) asimptotik həllər alınmışdır. Təqdim edilən metod […]

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına daxil olan yeni jurnalların siyahısı.

Автореферат   Королев М.А. Закон  Грама в теории дзета-функции Римана.-2013. Нелинейные  колебания. ( на Укр. яз.)  – 2013.Т16.№3. Украинский математический журнал.  –   2012.Т64.№1. Украинский математический журнал. –   2012.Т64.№2. Украинский математический журнал. –   2013.Т65.№8. Azərbaycan milli acrokosmik agentliyinin xəbərləri. – 2013. C.16. №3.

E L A N

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-Harminik Analiz” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Toğrul Rafael oğlu Muradov 29 oktyabr 2013-cü il tarixində Pedaqoji Təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

28.10.2013 tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri Buzovnada uşaq evində olmuşlar.

28.10.2013 tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun gənc alimləri Buzovnada yerləşən “Sümük-Vərəm problemli” uşaq evində tərbiyə olunan uşaqlara yardım aksiyasını həyata keçiriblər.

E L A N

30 oktyabr 2013-cü il saat 10.00-da ümuminstitut seminarında BDU-nun professoru M.A. Sadıqovun “Hamar olmayan riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün yüksək tərtibli zəruri və kafi şərtlər” mövzusunda məruzəsi olacaqdır. İşdə metrik fəzada φ – (α , β , ν , δ) və güclü φ – (α , β , ν , δ) lipşis funksiyalar sinfi verilmiş və […]