Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni sayı nəşr olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfərinə dair məlumat, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibinin təsdiqi və “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin […]

“Diferensial tənliklər” şöbəsinin professoru, görkəmli alim Nadir Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edirik

Nadir Məhəmməd oğlu Süleymanov 15 dekabr 1932-ci ildə Ucar rayonu Rəstəcə kəndində anadan olub. 1941-1951-ci ildə Ucar rayonu 1 nömrəli orta məktəbdə təhsil alıb, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. “İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda yazdığı buraxılış diplom işində aldığı elmi nəticəyə görə ona SSRİ […]

AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, institut və təşkilatlarının rəhbərləri müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü münasibətilə Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Elmi ictimaiyyətin nümayəndələri Ümummilli Liderin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə […]

Heydər Əliyevin anım günüdür

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Oxu.Az xatırladır ki, Heydər Əliyevin vəfat etməsindən 19 il ötür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində, dəmiryolçu ailəsində dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. […]

Riyaziyyat və Mexanika İnstitutun əməkdaşları akademik Akif Hacıyevin məzarını ziyarət ediblər

2022-ci il dekabrın 8-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə müasir Azərbaycan riyaziyyat məktəbinin banilərindən biri,  əməkdar elm xadimi,  akademik  Akif  Hacıyevin məzarını ziyarət etdilər. Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Orta […]

AMEA-da “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib

Dekabrın 7-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, YAP ərazi partiya təşkilatlarının nümayəndələri, həmçinin elmi müəssisə və təşkilatların baş direktorları iştirak ediblər. Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin […]