Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 04 sentyabr 2013-cü il tarixli 9 saylı iclasında aşağıdakı məsələlər müzakirə olunmuşdur

1. AMEA-nın elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi haqqında (AMEA RH-nin Sərəncamı №148, 18.07.2013). Sərəncamda deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 03 iyul 2013-cü il tarixli 18/14 № -li qərarı ilə AMEA elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə komissiya (bundan sonra – Qiymətləndirmə komissiyası) yaradılmışdır. Qiymətləndirmə komissiyası tərəfindən AMEA-nın elmi müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün meyarlar hazırlanmışdır. AMEA-nın […]

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının tərkibi müəyyənləşib.

AMEA- nın Riyaziyyat və Mexanika institutunun əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru Famil Seyfullayev Gənc alim və mütəxəssislər şurasının sədr müavini seçilib. Seçki Gənc alim və mütəxəssilər şurasının iclasında açıq səsvermə yolu ilə keçirilib. AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Şuranın sədri, AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, riyaziyyat üzrə fəlsəfə […]

Bu gün Müdafiə Sənayesi nazirliyində AMEA-nın Rliyaziyyat və Mexanika İnstitutunun əməkdaşları nazirliyin aparatının və elmi qurumlarının rəhbərləri arasında rəsmi görüş keçirilmişdir.

Görüşü nazir müavini Yəhya Musayev açaraq nazirlik tərəfindən iştirak edənləri təqdim etmiş və nazirliyin fəaliyyəti barədə qısa məlumat vermişdir. İnstitutun direktoru, professor Misir Mərdanov səmimi qəbul üçün təşəkkürünü bildirib, institutun görüşdə iştirak edən alimlərini təqdim etmişdir. Nəticədə qərara alınmışdır ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun alimləri Müdafiə Sənayesi nazirliyinin elmi-tədqiqat institutları və obyektlərində görüşlər keçirərək, […]

“Kainatı kəşf edək” fotomüsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı, Azərbaycan Fotoqrafları Birliyinin (AFB) dəstəyi ilə keçirilən “Kainatı kəşf edək” fotomüsabiqəsinin nəticələri noyabrın 6-da açıqlanıb. Avqustun 11-dən sentyabrın 20-dək peşəkar fotoqraf və həvəskarlar tərəfindən səmanın gözəlliyini əks etdirən fotoşəkillər qəbul olunub. Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, İran və Qazaxıstandan peşəkar və həvəskar fotoqrafların […]

Faydalı linklər