08/12/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Tətbiqi Riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent İradə Mirzəzadənin “Artificial Intelligence in Problems Of Diagnostics And Monitoring” adlı monoqrafiyası Almaniyanın “LAP Lambert Academic Publishing GmbH & Co” nəşr evi tərəfindən çap edilmişdir. Qeyd etmək lazımdır ki, “LAP Lambert Academic Publishing GmbH & Co” baş bürosu Almaniyanın Saarbrücken […]
07/12/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi r.e.d. Mübariz Hacıbəyov “Ümumiləşmiş potensialların kəsilməzlik məsələləri” mövzusunda məruzə etdi. Məruzə ümumiləşmiş Riss potensiallarının və ümumiləşmiş loqarifmik potensialların kəsilməzlik məsələlərinə həsr olunur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
06/12/2022
Riyaziyyat və Mexanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının və 129 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “kiçik akademiya” rəhbərləri ilə instututun baş direktoru AMEA – nın müxbir üzvü, professor Misir Mərdanovla görüş keçirildi. Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü […]
06/12/2022
14 dekabr 2022-ci il saat 10:00-da Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarə keçiriləcək. Institutun “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., prof. Əkbər Əliyev “Zamanla dəyişən gecikməyə malik müqavimət qüvvələrinin təsiri altında asma körpünün salınımlarının dinamikası” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzə zamanla dəyişən gecikmə ilə körpü məsələsinin riyazi modeli nəzərdən keçirilir. Həllin mövcudluğu və unikallığı […]
06/12/2022
14.12.2022 12.00-da Riyaziyyat və Mexanika Institutunun “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. Rəsulova N.B “Lövhələrdə ulduzşəkilli çatların yayılması” mövzusunda çıxış edəcəkdir. İşdə lövhənin qəfil tətbiq olunan hərtərəfli dartılmasının təsiri altında əmələ gələn ulduzşəkilli çatların dinamik yayılması problemi nəzərdən keçirilir. Problem funksional invariant Smirnov-Sobolev həllərindən istifadə etməklə həll edilir. Problemin dəqiq […]
05/12/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı nəşr edilib. Qəzetin ilk səhifəsində “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev […]