Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

12.03.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin əməkdaşı          f-r.e.d.  Nazilə Bilal qızı Rəsulova  “Lövhələrdə ulduz şəkilli “radial” çatların yayılması ” mövzusunda  məruzə edəcəkdir. Məruzə hərtərəfli dartılmaya məruz qalmış nazik lövhələrdə və ya membranlarda ulduz şəkilli radial çatların yayılması hadisəsinin tədqiqinə həsr olunur. Fərz olunur ki, sayı ixtiyari  n  olan çatlar koordinat mərkəzi ətrafında […]

Martın 7-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Funksional analiz” şöbəsinin əməkdaşı, e.i Cəlalə Osmanlı Müdafiə Şurasında Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib.

“Kəsilmə şərtlərinə malik Ştrum-Liuvill operatoru üçün səpilmənin düz və tərs məsələlər” mövzusunda olan dissertasiyada  alınmış nəticələr 10 işdə öz əksini tapıb. Müdafiə Şurası dissertasiya işinin müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyinə görə  Cəlalə Osmanlıya riyaziyyat üzrə fəlsəfə doktoru  elmi dərəcəsinin verilməsinə layiq olduğunu qərara alıb.

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 8 Mart- “Beynəlxalq Qadınlar” günü münasibəti ilə tədbir keçirildi.

Tədbiri giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru,  professor  Misir Mərdanov açıq elan edərək, xanım əməkdaşları bayram münasibəti ilə təbrik etdi. Cəmiyyətdə qadının rolunu yüksək qiymətləndirən Misir Mərdanov onlara daim diqqət göstərlməsinin vacib olduğunu vurğuladı. “Qadın anadır və hər bir şəxsin borcudur ki, anasını sevsin və qayğı göstərsin. Azərbaycan xanımlarının əməyinin nəticəsidir ki, Azərbaycan […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi.

Seminarda “Variantorlu friksion sistemlərin mühərriklə qabaqlayıcı təsirli əks əlaqə tətbiqi ilə idarə xassələrinin yüksəldilməsi” mövzusunda “Hesablama riyaziyyatı və informatika” şöbəsinin əməkdaşı, elmi işçi, t.e.n Vüqar Sadıxov məruzə etdi. Məruzədə Variantorlu  sistemlər üçün bir sıra konstruktiv həll variantlarında variantorun mərkəzi valının kiçik ətalət momentinə malik olduğundan irəli gələn özəllilik hərəkət tənliyində valların sürətləri arasındakı diferensial asılılığı […]

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun kitabxanasına 28.03.2014 tarixdə daxil olan yeni jurnalların siyahısı.

1.Математические заметки. 2013. Т.94. В5. 2.Математические заметки. 2013.Т.94.В.6. 3.Математические заметки. 2014. Т.95.В.1. 4.Доклаы  РАН.                        2013. Т.453.№1. 5.Доклады РАН.                      2013.Т.453.№2. 6.Доклады РАН.                      2013.Т.453.№3. 7.Доклады РАН. […]

E L A N

7 mart 2014-cü il tarixində saat 14:00-da AMEA Riyaizyyat və Mexanika İnstitutu nəzdində riyaziyyat üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün B/D 01.111 birdəfəlik dissertasiya şurasının iclasında Eminağa Mirzağa oğlu Məmmədovun “Nəsirəddin Tusinin əsərlərində riyazi anlayışların mahiyyəti və məntiqi aspektləri” mövzusunda 1205.01-Riyazi məntiq və ədədlər nəzəriyyəsi və D 01.111 dissertasiya şurasının iclasında […]

Faydalı linklər