24/12/2013
25.12.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı r.e.d. İlham Vəliyullah oğlu Əliyev “Abstrakt Hilbert fəzasında xətti operatorun məxsusi və qoşulmuş elementlərinin tamlığı” mövzusunda məruzə edəcəkdir. Məruzədə sonsuz ölçülü Hilbert fəzasında xətti operatorun məxsusi ədədinin varlığı məsələsindən, bir sinif xətti operatorlar üçün uyğun məxsusı və qoşulmuş elementlərin fəzada sıxlığı məsələlərindən, həmçinin məxsusi […]
17/12/2013
18.12.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri,f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Lp(x) and Hp(x) vektor sinifləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Lp(x) və Hp(x) vektor siniflərindən danışılacaq, burada banax fəzasıdır. Bu fəzalar skalyar halda Lebeq və Hardı fəzalarının ümumiləşməsidir. Hardi sinfi üçün iki tərif təklif olunur və onların ekvivalentliyi isbat olunur. Müxtəlif […]
13/12/2013
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun Sürüncəklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Raisə Kazımovanın 70 yaşı tamam olması və elmi təşkilati fəaliyyətini nəzərə alaraq onu İnstitutumuzun kollektivi adından ürəkdən təbrik edir, ona möhkəm can sağlıgı, səadət dolu həyat və elmi fəaliyyətində yeni-yeni uğurlar diləyirik.
12/12/2013
XÜLASƏ AMEA RMİ-nin “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S. Guliyev Çin Respublikasının Pekin Normal Universitetinin professoru Dachun Yangın dəvəti ilə birgə elmi araşdırmalar aparmaq məqsədi ilə 14 Noyabr 2013 il tarixindən 01 Dekabr tarixinə kimi Pekin Normal Universitetində (Pekin ş., Çin Respublikası)15 gün elmi ezamiyyətdə olmuşdur. Prof. Dachun Yang harmonik analizin […]
12/12/2013
Tədbir iştirakçıları Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
10/12/2013
11.12.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri f-r.e.d., prof. Əkbər Bayram oğlu Əliyev “Dissipasiyalı qeyri xətti hiperbolik tənliklər sisteminin qlobal həllinin varlığı, yoxluğu və asimptotikası” mövzusunda məruzəsini davam etdirəcək. Məruzədə dissipasiyalı qeyri xətti hiperbolik tənliklər sisteminin qlobal həllinin varlığı, yoxluğu üçün Fucita tipli kriteriyalar və qlobal həllərin asimptotikası haqqında alınmış nəticələr şərh […]