04/04/2014
Aprelin 4- də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dissertasiya Şurasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Əcnəbi vətəndaşların hazırlığı” fakültəsinin dekanı Ramiz İsgəndərov riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi müdafiə edib. “Zədələnmələri nəzərə alınan möhkəmləndirilmiş konstruksiya elementlərinin özlü-elastiki mühitdə dayanıqlığı” mövzusunda olan dissertasiya işi şura üzvlərinin müsbət rəyini alıb. Dissertasiyada alınmış nəticələr […]
04/04/2014
09.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, f.r.e.d., prof. Vaqif Sabir oğlu Quliyev “Lokal və qlobal Morri tipli fəzalarda klassik inteqral operatorların məhdudluğu və müəyyən tətbiqləri” mövzusunda məruzə edəcəkdir. Məruzə lokal və qlobal Morri tipli fəzalarda həqiqi analizin inteqral operatorlarının, o cümlədən, maksimal kəsr-maksimal operatorların, potensial tipli inteqral operatorların və Kalderon-Ziqmund sinqulyar inteqral […]
03/04/2014
Seminarda BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı, f-r.e.n, dos. Rəşid Əliyev məruzə edib. Məruzədə P.L.Ulyanovun tədqiqatlarına istinad olunub. Belə ki, P.L.Ulyanov A- inteqral anlayışından istifadə edərək göstərmişdir ki, Lyapunov əyrisi ilə hüdudlanmış oblaslarda mütləq kəsilməz ölçünün Koşi tipli inteqralı öz sərhəd qiymətlərirnin A-Koşi inteqralı olur. Bu şərtə müəyyən inteqral anlayışlar daxil edərək Lyapunov əyrisi ilə hüdudlanmış […]
03/04/2014
İclasda bir sıra cari məsələlər müzakirə edildi. İnstitutun görkəmli alimlərinin yaradıcılığı haqqında virtual məkanda ətraflı məlumatların yerləşdirilməsi məsələsinin vacibliyi vurğulandı. İclasda Şura üzvləri AMEA-nın həqiqi üzvlüyünə AMEA- nın müxbir üzvü, prof. Rauf Hüseynovun, AMEA-nın müxbir üzvlüyünə isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanovun namizədliyini irəli sürdülər.
28/03/2014
02.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı, f-r.e.n. dos. Rəşid Əvəzağa oğlu Əliyev “Ümumiləşmiş inteqrallar və sonlu ölçünün Koşi tipli inteqralının sərhəd qiymətləri” mövzusunda məruzə edəcəkdir. Məruzə Lyapunov əyrisi ilə hüdudlanmış oblastlarda sonlu kompleks ölçünün Koşi tipli inteqralının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması məsələlərinə həsr olunub. Məlumdur ki, mütləq kəsilməz ölçü […]
17/03/2014
19.03.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Statistik yığılmanın ümumiləşmələri haqqında” mövzusunda məruzə edəcək-dir. Statistik yığılma ideyası ilk dəfə A.Ziqmundun məşhur monoqrafiyasında “almost convergence” adı altında daxil edilmişdir. Statistik yığılma anlayışı isə Fast və Şteynqauz tərəfindən verilmişdir. Sonralar bu anlayış müxtəlif istiqamətlərdə ümumiləşdirilmişdir. Statistik yığılma riyaziyyatın […]