Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elm və təhsil naziri Riyaziyyat və Mexanika İnstitutunda olub

25 noyabr 2022-ci ildə Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev və Təhsildə Keyfiyyət Agentliyinin rəhbəri Ülkər Səttarova ilə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, porfessor Misir Mərdanov arasında görüş keçirilmişdir. Görüş zamanı nazir institutun mövcud durumu ilə tanış olmuş, respublikada riyaziyyat və mexanika elmlərinin perspektivləri müzakirə edilmişdir. Eyni zamanda institutda […]

Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Qusar rayonuna səfər ediblər

Riyaziyyat və Mexanika İnstitutu Həmkarlar İttifaqının təşkilatçılığı ilə, 26-27 noyabr 2022-ci il tarixlərində 2 günlük Qusar rayonuna gəzinti təşkil edilib. “ILK INN” mehmanxanasında istirahət edən institutun 19 əməkdaşı Şahdağ Turizm Mərkəzi, Şeyx Cüneyd türbəsi və Ləzə şəlaləsinə səfər ediblər. Təşkil olnunmuş səfərdə əməkdaşlar üçün müxtəlif əyləncəli oyunlar keçirilmişdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

Elm və Təhsil Nazirliyin Riyaziyyat və Mexanika İnstitutunda 2022-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat müzakirə olunub

25 noyabr 2022-ci il tarixində   Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə müdirləri tam heyətdə iştirak ediblər. İnstitutun rəhbəri akademiyanın müxbir üzvü, professor Misir Mərdanov  təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr, keçirilən tədbirlər və konfranslar barədə məlumat […]

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfərinə dair məlumat yer alıb. Bundan əlavə, AMEA-da Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə bağlı hazırlanan Tədbirlər planı, Türkiyənin Dokuz Eylül Universiteti və AMEA arasında bağlanmış müqavilə əsasında iki qurumun birgə təşkilatçılığı ilə […]

ELAN

Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 – illiyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” adlı Beynəlxalq konfrans keçiriləcəkdir. Konfransın 26-28 aprel 2023-cü il Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. Konfransın dilləri: Azərbaycan və ingilis dilləridir. Biz sizi konfransda iştirak etməyə dəvət edirik. Konfransın saytı: mpmm.imm.az © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

Moskva Dövlət Universitetinin professoru E.M. Qaleyev “Klassik variasiya hesabının kvadratik məsələləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında Moskva Dövlət Universitetinin professoru E.M. Qaleyev “Klassik variasiya hesabının kvadratik məsələləri” mövzusunda məruzə etdi. Məruzədə ekstremum üçün zəruri və kifayət qədər şərtlərdən variasiyaların hesablanmasının ən sadə məsələsində, Boltz məsələsində,  daha yüksək törəmələrlə məsələ  və izoperimetrik məsələlərdən danışılacaqdır. Bu məsələdə ekstremuma lazımi şərtlər təmin […]