Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

02.04.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında BDU-nun “Riyazi analiz” kafedrasının əməkdaşı,  f-r.e.n.      dos. Rəşid Əvəzağa oğlu Əliyev “Ümumiləşmiş inteqrallar və sonlu ölçünün Koşi tipli inteqralının sərhəd qiymətləri”  mövzusunda məruzə edəcəkdir. Məruzə Lyapunov əyrisi ilə hüdudlanmış oblastlarda sonlu kompleks ölçünün Koşi tipli inteqralının öz sərhəd qiymətləri vasitəsilə ifadə olunması məsələlərinə həsr olunub. Məlumdur ki, mütləq kəsilməz ölçü […]

E L A N

19.03.2014-cü il saat 10:00-da Ümuminstitut seminarında “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, f-r.e.d, prof. Bilal Telman oğlu Bilalov “Statistik yığılmanın ümumiləşmələri haqqında” mövzusunda məruzə edəcək-dir. Statistik yığılma ideyası ilk dəfə A.Ziqmundun məşhur monoqrafiyasında “almost convergence” adı altında daxil edilmişdir. Statistik yığılma anlayışı isə Fast və  Şteynqauz tərəfindən verilmişdir.  Sonralar bu anlayış müxtəlif istiqamətlərdə ümumiləşdirilmişdir. Statistik yığılma riyaziyyatın […]

Объявления

В связи с 55-летним юбилеем создания Института Математики и Механики, 15-16 мая 2014 года в Институте Математики и Механики НАНА состоится Международная конференция на тему «Актуальные проблемы математики и Механики». Желающим принять участие в конференции и выступить с докладом, просьба отправить свои тезисы до 15 апреля 2014 года по электронной почтеsoltanaliyev@yahoo.com Параметры оформления тезисов: 1-3 […]

Münhendə professor Məsud Əfəndiyevin yubileyi qeyd edilib.

Münhendə dünya şöhrətli riyaziyyatçı Məsud Əfəndiyevin 60 illik yubileyinə həsr olunmuş “Biologiya, fizika və mexanikada qeyri-xətti hadisələr” adlı Beynəlxalq konfrans başa çatmışdır. O, ilk Azərbaycanlıdır ki Aleksandr fon Humbold mükafatına layıq görülmüşdür. Konfransda Yaponiya, Avropa, Amerika, Avstraliya, Kanada və Afrikanın aparıcı alimləri və “Springer”, “Birkhauser”, “Gakkotoscho”(Yaponiya), PSSQV (ABŞ)  nüfuzlu nəşrlərin nümayəndələri iştrak etmişdir. Konfransı Bavariya […]

Martın 12-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Lövhələrdə ulduz şəkilli “radial” çatların yayılması” mövzusunda Ümuminstitut seminarı keçirilib.

Seminarda  mövzu üzrə “Dalğa dinamikası” şöbəsinin əməkdaşı  f-r.e.d. Nazilə Rəsulova məruzə edib. Məruzə hərtərəfli dartılmaya məruz qalmış nazik lövhələrdə və ya membranlarda ulduzşəkilli radial çatların yayılması hadisəsinin tədqiqinə həsr olunub. Məruzədə məlum olub ki, sayı ixtiyari n olan çatlar koordinat mərkəzi ətrafında simmetrik formada yerləşir və onların yayılma sürəti səthi Reley dalğalarının yayılma sürətindən azdır. […]

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın 2014-cü il üçün 3-cü iclası keçirildi.

clasda gündəlikdə duran məsələlər Şura üzvlərinin diqqətinə çatdırıldı, müzakirələr aparılıb qərarlar verildi. Elmi Şuranın qərarına əsasən iki iş: AMEA-nın müxbir üzvləri Hətəm Quliyev, Surxay Əkbərov və  Cavanşir Rəşidin;  “Riyazi analiz” şöbəsinin müdiri f-r.e.d, prof. Vaqif Quliyevin işləri Azərbaycan Respublikasının  Dövlət mükafatına təqdim olundu. Daha sonra Türkiyəyə ezam olunmuş “Riyazi analiz” şöbəsinin müdiri, professor Vaqif Quliyev […]