26/10/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, “Riyazi analiz” və “Funksiyalar nəzəriyyəsi” şöbələrinin birgə iclasında 26 oktyabr 2022-ci il tarixində saat 11:00-da r.ü.f.d., dosent Səbinə Rahib qızı Sadıqovanın «Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında» mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Səbinə Sadıqova dissertasiyanın əsas məzmunu […]
26/10/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əliyev “Tənliyə və sərhəd şərtinə spektral parametr daxil olduqda ikinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələsinin məxsusi ədədlərinin asimptotik özünü aparması” mövzusunda məruzə etdi. Məruzədə baxılan sərhəd məsələsinin məxsusi qiymətləri üçün asimptotik düsturlar […]
25/10/2022
Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın prezidenti vəzifəsinə seçki keçirilib. Akademik Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib. AMEA prezidentliyinə namizədlə bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası […]
25/10/2022
Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər. İclası AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq tədbir iştirakçılarını salamlayıb, Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Ümumi yığıncağın müzakirəsinə […]
24/10/2022
Ramiz Aslanovun yas mərasimi Heydər məsçidində 25 oktyabr, 2022-ci il tarixində saat 1100-dan keçiriləcək. ALLAH RƏHMƏT ELƏSIN! © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
23/10/2022
2019-cu ildən başlayaraq hər ilin oktyabr ayında ABŞ-ın Stenford Universiteti dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısını dərc edir. Reytinq siyahısı baş ofisi Amsterdam şəhərində yerləşən, dünyanın ən böyük və nüfuzlu akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir. Siyahı aşağıdakı meyarlar üzrə tərtib edilir və iki mərhələdə həyata keçirilir: […]