Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, professor Ramiz Mütəllim oğlu Aslanov ürək çatışmazlığından qəflətən 75 yaşında vəfat etmişdir

Ramiz müəllim, 1998-ci ildə pedaqoji elmlər doktoru, 2011-ci ildə “Riyazi analiz” kafedrası üzrə professor və 2013-cü ildə Pedaqoji Təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilmişdir. 2000-2015-ci illərdə Moskva Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsində “Женщины-математики” (“Qadın-riyaziyyatçılar”) adlı tələbə elmi konfransının təşkilatçısı və elmi rəhbəri olmuşdur. Dərc etdiyi dünya qadın-riyaziyyatçılarının həyat və yaradıcılığından bəhs edən, üç cildli […]

ELAN

26 oktyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi Bəhram Əliyev “Tənliyə və sərhəd şərtinə spektral parametr daxil olduqda ikinci tərtib elliptik diferensial operator tənlik üçün sərhəd məsələsinin məxsusi ədədlərinin asimptotik özünü aparması” mövzusunda məruzə edəcəkdir. Məruzədə baxılan sərhəd məsələsinin məxsusi qiymətləri üçün asimptotik düsturlar alınır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakına, eləcə də Cəbrayıl rayonuna səfərlərinə dair məlumat, həmçinin “Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiqi və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının […]

ELAN

AMEA-nın Elm qəzetinin 19 sentyabr 2022-ci il tarixli nömrəsində AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsi üzrə böyük elmi işçi – (1 ştat vahidi)  vəzifəni tutmaq üçün musabiqə elanının vaxtı 19 oktyabr 2022-ci il tarixində bitmişdir. Bu müddət ərzində 1 ərizə daxil olub – dosent Niyazi Ələddin oğlu İlyasov. Ərizə təqdim olunan gündən İnstitutun […]

ELAN

26 oktyabr 2022-ci il  tarixində saat 11.00-da  AMEA RMİ-nın “Funksional analiz”, “Riyazi analiz” və “Funksiyalar nəzəriyyəsi” şöbələrinin birgə iclasında  r.ü.f.d., dos. Səbinə Rahib qızı Sadıqovanın «Xətti topoloji fəzalarda sistemlərin freymlilik xassələri haqqında» mövzusunda 1202.01- Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin ilkin müzakirəsi İnstitutun akt zalında keçiriləcəkdir. İclasa qoşulmaq üçün Link: https://us06web.zoom.us/j/84882349895?pwd=bUJCcE5FUkFSUUs0WkRDWmt2ZUFDUT09 Meeting ID: 848 […]

“Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Cırlaşan parabolik tənliklər üçün Harnak bərabərsizliyi və həllin Hölder mənada kəsilməzliyi haqqında” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Cırlaşan parabolik tənliklər üçün Harnak bərabərsizliyi və həllin Hölder mənada kəsilməzliyi haqqında” mövzusunda məruzə etdi. Məruzədə yeni sinif 2-ci tərtib cırlaşan xətti parabolik tənliklər üçün mövzuda qeyd edilən məsələlər tədqiq edilir. […]