Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

“AMEA və TÜBİTAK arasında elan olunmuş müsabiqəyə dair məlumatlandırma seminarı keçiriləcək 28 oktyabr 2022-ci il tarixində saat 10:30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA və TÜBİTAK arasında elan olunmuş Müştərək Layihə Müsabiqəsi çərçivəsində layihə təklifləri ilə əlaqədar məlumatlandırma seminarı keçiriləcək. Seminarda müsabiqənin şərtləri və ərizə formasının doldurulması ilə əlaqəli ətraflı məlumat veriləcək. Ünvan: H.Cavid prospekti 129, […]

ELAN

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 28 oktyabr 2022-ci il tarixli iclasında saat 1400-da Aydın Şükür oğlu Şükürovun 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Cırlaşan triqonometrik sistemlərin […]

ELAN

02.11.2022-ci il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., professor Nəbiyev İbrahim Mayıl oğlu “Diferensial operatorun spektr və işarələr ardıcıllığı üzrə bərpası” mövzusunda məruzə edəcəkdir. Məruzədə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametrin xətti funksiyası iştirak edən halda  Şturm-Liuvil operatorunun bərpası  haqqında son elmi nəticələr barədə məlumat vermək nəzərdə tutulur. © Bütün […]

Təhsilin inkişafında əsas amil – müəllim nüfuzu

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Müəllim nüfuzunun yüksəldilməsi məsələsi, hesab edirəm ki, üç əsas amildən asılıdır: müəllimin özündən, dövlət qayğısından və cəmiyyətin münasibətindən. Bu yazıda həmin amillərdən söhbət açılır, nüfuza təsir göstərən səbəblər şərh edilir, problemlərin aradan qaldırılması yollarına sistemli münasibət bildirilir, müəyyən təklif və mülahizələr irəli sürülür. […]

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31 ili tamam olur

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 31 il ötür. 18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi. XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

14 oktyabr 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası ( əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Samirə Oqtay qızı Rüstəmovanın “ Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələlərin qlobal həllərinin varlığı və yoxluğu ” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya […]