Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

19 oktyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Cırlaşan parabolik tənliklər üçün Harnak bərabərsizliyi və həllin Hölder mənada kəsilməzliyi haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə silindirlər ailəsində Makken Haupt tipli kafilik şərtini ödəyən yeni sinif II tərtib cırlaşan xətti parabolik tənliklər üçün Harnak bərabərsizliyi haqqında danışılıcaqdır. […]

ELAN

AMEA Azad Həmkarlar İttifaqı tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşmaya əsasən 19 oktyabr 2022-ci il saat 1130– da AMEA-nın dairəvi akt zalında əməkdaşlarımız üçün “İcbari tibbi sığorta” mövzusunda ödənişsiz maarifləndirici təlimləri keçiriləcək. Təlimdə qurumun nümayəndələri aşağıdakı mövzular üzrə təqdimatla çıxış edəcəklər. İcbari tibbi sığorta haqqında ümumi məlumat İcbari tibbi sığorta haqları İcbari […]

Təhsilin inkişafında əsas amil – müəllim nüfuzu

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Müəllim nüfuzunun yüksəldilməsi məsələsi, hesab edirəm ki, üç əsas amildən asılıdır: müəllimin özündən, dövlət qayğısından və cəmiyyətin münasibətindən. Bu yazıda həmin amillərdən söhbət açılır, nüfuza təsir göstərən səbəblər şərh edilir, problemlərin aradan qaldırılması yollarına sistemli münasibət bildirilir, müəyyən təklif və mülahizələr irəli sürülür. […]

Kiçik elmi işçi Aytən Mövsümova “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Tətbiqi riyaziyyat” şöbəsinin əməkdaşı, kiçik elmi işçi Aytən Mövsümova “Mühitlə təmasda olan düzbucaqlı müstəvi və möhkəmləndirilmiş silindrik lövhələrin rəqsləri” mövzusunda məruzə etdi. İşdə özlü-elastiki mühitlə kontaktda olan anizotrop, qeyri-bircins düzbucaqlı müstəvi,  möhkələndirilmiş  düzbucaqlı profilli deşiklərlə zəiflədilməmiş və ya deşiklərlə zəiflədilmiş silindrik lövhələrin sərbəst rəqsləri […]

Professor Hidayət Hüseynov “II tərtib kəsilən əmsallı diferensial tənlik üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında prof. Hidayət Hüseynov “II tərtib kəsilən əmsallı diferensial tənlik üçün səpilmənin düz və tərs məsələləri” mövzusunda məruzə etdi. Məruzədə bütün oxda impedans şəkilli kəsilən əmsallı diferensial tənlik üçün düz və tərs məsələlərə baxılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 21 oktyabr 2022-ci il tarixli iclasında  saat 1400-da Mehriban Məmməd qızı Yaqubovanın “Üç tərtibli bəzi xüsusi törəməli diferensial tənliklər üçün optimal idarəetmə məsələləri” mövzusunda 1214.01-Dinamik sistemlər və optimal idarəetmə ixtisasında riyaziyyat elm […]