Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Prof.  Qabil Əliyev “Materialda fiziki və kimyəvi dəyişiklikləri nəzərə alaraq, kütlənin dəyişməsi ilə çubuğun uzanması” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Tətbiqi riyaziyyat” şöbəsinin əməkdaşı prof. Qabil Əliyev “Materialda fiziki və kimyəvi dəyişiklikləri nəzərə alaraq, kütlənin dəyişməsi ilə çubuğun uzanması” mövzusunda məruzə etdi. İşdə aqressiv mayenin təsirindən çubuğun dəyişən kütləsinin polimer çubuğun dinamik hərəkəti prosesinə təsiri öyrənilmişdir. Polimer çubuğun kütləsinin dəyişmə dərəcəsindən asılı olaraq, onun […]

F.r.e.d., prof. Vərqə Kələntərov “Navye-Stoks tənliklərinin modifikasiyalarının riyazi analizi” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında f.-r.e.d., prof. Vərqə Kələntərov “Navye-Stoks tənliklərinin modifikasiyalarının riyazi analizi” mövzusunda məruzə etdi. Məruzədə hidrodinamikanın müxtəlif dinamik problemlərini ifadə edən Navye-Stoks tənliklərinin modifikasiyası üçün başlanqıc-sərhəd məsələlərinin həllərinin qlobal xassələri araşdırılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Musayeva Tahirə xanımı 55 yaşı münasibətilə təbrik edirik!

Musayeva Tahirə  Şakir qızı 27 sentyabr 1967-ci ildə Tər-tər rayonun Buruc kəndində anadan olmuşdur. 1988-ci ildə Baki Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olmuşdur. 1994-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitununa işə qəbul edilib. 1994-cü ildən Laborant, böyük laborant kiçik elmi  işçi,  1999-cu ildən 2013-cu ilə qədər kardlar şöbəsinin rəisi vəzifəsində işləyib. 2013-cu ilin fervral […]

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın  müxbir üzvü, professor Misir Mərdanovun rəhbərliyi ilə qurumun əməkdaşları “Anım günü” ilə əlaqədar sentyabrın 26-da II Şəhidlər Xiyabanını ziyarət ediblər. İnstitutun Həmkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçirilən ziyarətdə əməkdaşlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etmiş, şəhidlərin ruhuna dualar oxumuş və […]

Riyaziyyat və Mexanika İnstitutunun magistraturasına 2022/2023-cü tədris ili üzrə qəbul olunanlar haqqında MƏLUMAT

060501 – “Riyaziyyat ” ixtisası “Riyazi analiz ” ixtisaslaşması üzrə1. Bayramova Nasxanım Cəlal qızı -78 bal,  Azərbaycan  Dövlət  Pedaqoji Universiteti 2022 2. Rufullazadə Aytac Əyyub qızı-76 bal,  Bakı  Dövlət Universiteti – 2022 3. Babazadə Maya Əjdər qızı- 75 bal (Ödənişli), Xəzər Universiteti 2022   “Riyazi fizika” ixtisaslaşması üzrə4. Hüseynzadə Sevinc Eldar qızı-76 bal,  Azərbaycan  Dövlət […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Laçın rayonuna səfəri, həmçinin “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın və “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Audiovizual yerüstü yayım həyata keçirən dövlət […]