Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

Sentyabrın 23-də AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər. Əvvəlcə akademik Arif Həşimov ölkə başçısı tərəfindən Azərbaycan musiqişünaslığının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif olunan AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovaya mükafatını təqdim edib. Akademik […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

23 sentyabr 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası keçirildi. İclasda Günel Razim qızı Hacıyevanın “2m tərtib Dirak operatorunun məxsusi və qoşulmuş vektor-funksiyaları üzrə spektral ayrılışın yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Qurbanov […]

ELAN

28 sentyabr 2022-ci il saat 10:00-da Ümuminstitut seminarında f.r.e.d., prof.  Vərqə Kələntərov “Navye-Stoks tənliklərinin modifikasiyalarının riyazi analizi” mövzusunda məruzə edəcəkdir. Məruzədə hidrodinamikanın müxtəlif dinamik problemlərini ifadə edən Navye-Stoks tənliklərinin modifikasiyası üçün başlanqıc-sərhəd məsələlərinin həllərinin qlobal xassələri araşdırılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

28.09.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı  keçiriləcəkdir. Seminarda prof.  Qabil Əliyev “Materialda fiziki və kimyəvi dəyişiklikləri nəzərə alaraq, kütlənin dəyişməsi ilə çubuğun uzanması” mövzusunda çıxış edəcəkdir. Aqressiv mayenin təsirindən çubuğun dəyişən kütləsinin polimer çubuğun dinamik hərəkəti prosesinə təsiri öyrənilmişdir. Polimer çubuğun kütləsinin dəyişmə dərəcəsindən asılı olaraq, onun məxsusi […]

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d. Rəşid Əvəzağa oğlu Əliyev “Sinqulyar inteqral çevirmələrin diskret analoqlarının bəzi xassələri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d. Rəşid Əvəzağa oğlu Əliyev “Sinqulyar inteqral çevirmələrin diskret analoqlarının bəzi xassələri” mövzusunda məruzə etdi. Məruzədə həqiqi və kompleks dəyişənli funksiyalar nəzəriyyəsinin əsas inteqral çevirmələrindən olan Hilbert çevirməsi və Ahlfors-Beurlinq çevirmələrinin  diskret analoqlarının xassələrindən bəhs edir. Diskret […]

AMEA-nın Elm qəzetinin 19 sentyabr 2022-ci il tarixli nömrəsində AMEA Riyaziyyat və Mexanika İnstitutunun   “Funksiyalar nəzəriyyəsi”  şöbəsi üzrə böyük elmi işçi  – (1 ştat vahidi)  vəzifəni tutmaq üçün musabiqə elanı dərc edilib

Müsabiqədə riyaziyyat üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, 19 sentyabr 2022-ci il tarixli “Elm” qəzetində dərc olunmuş Elana əsasən bir ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir: AZ 1141 Bakı şəhəri, B.Vahabzadə, 9. V mərtəbə, 510-cu otaq, mühəndis-proqramlaşdırıcı Pərvanə Məsdan qızı Nəcəfova. E-mail: [email protected] Telefon:  539-91-92, AMEA Riyaziyyat […]