Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 28 sentyabr 2022-ci il tarixli iclasında  saat 12:00-da Günel Mirbala qızı Qasımovanın “Elliptik tip operator-diferensial tənliklərin həll olunma məsələlərinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcə keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us06web.zoom.us/j/82208851824?pwd=em5IK3hTdk15TGZWVzFsQ2grS0JXZz09 Meeting ID: 822 0885 1824 Passcode: 756590   […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov plenar məruzə ilə çıxış edib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 19 sentyabr 2022-ci il tarixdə İrkutskı Dövlət Universitetində keçirilən “4-я международная конференция Динамические системы и компьютерные науки: теория и приложения”(DYSC 2022) adlı beynəlxalq konfransda, “Необходимые условия оптимальности для нового класса особых управлений” mövzusunda plenar məruzə ilə çıxış etmişdir. Məruzədə yeni məxsusi idarə anlayışı verilmiş, araşdırılan funksionalın […]

Riyaziyyat və Mexanika İnstitutunda yeni tədris ili başlanmışdır

15 sentyabr 2022-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunda magistratura pilləsi üzrə təhsil alan I və II kurs magistrantların 2022/2023-cü tədris ilinin payız semestri üzrə ilk dərsləri keçirilmişdir. Hal-hazırda İnstitutun magistraturasında  “Riyazi analiz” , “Diferensial tənliklər”, “Riyazi fizika”  və  “Maye, qaz və plazma mexanikası”  ixtisasları üzrə  I kursda  5 magistrant, II kursda  9 magistrant təhsil […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 19-23 sentyabr 2022-ci il tarixlərdə İrkutskı Dövlət Universitetində keçiriləcək “4-я международная конференция Динамические системы и компьютерные науки: теория и приложения”(DYSC 2022) adlı beynəlxalq konfransda, “Необходимые условия оптимальности для нового класса особых управлений” mövzusunda plenar məruzə ilə çıxış edəcək.  © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid olmuş hərbi qulluqçularımızla bağlı paylaşımlarına dair məlumat yer alıb. Bundan əlavə, Mədəniyyət naziri Anar Kərimovun Hüseyn Cavidin Ev Muzeyinə ziyarəti, […]

ELAN

26 sentyabr 2022-ci il saat 10:30-da Anım Günü ilə əlaqədar AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşkilatçığı ilə İkinci Şəhidlər Xiyabanına ziyarət ediləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin! © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.