Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İnsan beyninə çiplərin yerləşdirilməsi əlilliyi olan insanlara kömək edə bilər

Bu barədə “Tesla” və “Neuralink”in yaradıcısı İlon Mask Çinin “China Cyberspace” jurnalı üçün məqaləsində yazıb. Mask, “Neuralink”in sinir çiplərinin indi hər bir halda ciddi şəkildə yaralanan insanlara kömək etdiyini söyləyib. Nümunə olaraq o, motosikletlə qəzaya uğrayan, indi təkbaşına yemək yeyə bilməyən 25 yaşlı gəncdən danışıb. İş adamı izah edib ki, bu halda çip travmatik beyin […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Avqustun 19-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı bir sıra məsələlər müzakirəyə çıxarılıb […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin yeni sayında “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən elmi müəssisə və təşkilatlarının, habelə digər qurumlarının siyahısı, ölkə başçısının müvafiq Fərmanının elm və təhsil […]

Gələcəkdə törədiləcək cinayətləri 1 həftə öncədən proqnozlaşdıran süni zəka intelekt yaradılıb

Çikaqo Universitetinin informasiya və sosial elm alimləri zorakılıq və mülkiyyət cinayətləri ilə bağlı ictimai məlumatlardan zaman və coğrafi yer nümunələrini öyrənməklə cinayəti proqnozlaşdıran yeni alqoritm hazırlayıblar. Yaradılmış alqoritmin verdiyi proqnozun dəqiqlik səviyyəsi 90% təşkil edir. Hal hazırda sözügedən alqoritm dünyanın ən aparıcı alqoritmlərindən biri hesab edilir. Bu sistemin əsasında təlimatlandırılmış neyron şəbəkəsi dayanır. Bütün bu proses zorakılıq və mülkiyyət cinayətləri […]

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu haqqında məlumat yer alıb. Bundan əlavə, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı, İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyat evinin rəhbərliyinin Fizika İnstitutuna ziyarəti, “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” […]

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində “1969-cu ilin iyulundan başlayan Heydər Əliyev yolu Azərbaycanı zəfərdən-zəfərə, zirvədən-zirvəyə aparır” sərlövhəli məqalə yer alıb. Bundan əlavə, AMEA Rəyasət Heyəti üzvlərinin elmi müəssisə və təşkilatların rəhbərləri ilə görüşü, AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun Lahor Dövlət Kollec Universitetinin alimləri ilə görüşü, “Azərbaycan […]