25/11/2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım edib. Paylaşımı təqdim edirik: “Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata […]
25/11/2024
27 noyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Riyazi fizika tənlikləri” şöbəsinin müdiri Əbdürrəhim Quliyev “İkinci tərtib parabolik tənliklərin həllərinin bəzi keyfiyyət xassələri”mövzusunda məruzə edəcək. Məruzədə ikinci tərtib parabolik tənliklərin fundamental həllərinin müəyyən xüsusi tip oblastlarda ikitərəfli qiymətləndirilməsi, mənfi olmayan həllərin […]
23/11/2024
Astronomlar planetlərin əmələ gəlməsi sürəti ilə bağlı hazırkı anlayışı çətinləşdirən bir kəşfdə gənc ulduzun ətrafında fırlanan yeni doğulmuş planetin formalaşması prosesinin cəmi 3 milyon il çəkdiyini bildiriblər. Kütləsi Yerdən təxminən 10-20 dəfə böyük olan bu “körpə” planet indiyə qədər kəşf edilmiş ekzoplanetlər adlanan Günəş sistemimizdən kənarda olan ən gənc göy cisimlərindən biridir. O, planetin əmələ […]
22/11/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “COP29-un yaşıl sivilizasiya anonsu” başlıqlı məqaləsi yer alıb. Bugünkü sayda, ilk səhifələrdə AMEA-da COP29-a həsr olunmuş kitab sərgisinə dair yazı, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin “Süni intellekt yaşıl problemlərin həllində mühüm rol oynayacaq” başlıqlı müsahibəsi, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın […]
21/11/2024
Noyabrın 21-də ilk dəfə dərc olunan “Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində Azərbaycanın 3 universiteti yer alıb. Ümumilikdə 749 universitetin daxil olduğu bu reytinqdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 201-250-ci mövqedə, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə qərarlaşıb. UNEC, AzMiU, NDU, SDU, ATU, BANM və Xəzər Universiteti sözügedən reytinqdə “məruzəçi” (reporter) qismində dəyərləndirilib. Qeyd […]
21/11/2024
Ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir. Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev […]