Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Deformasiya olunan bərk cisim mexanikası” şöbəsinin elmi işçisi Hicran Məmmədovanın 55 yaşı münasibətilə təbrik edirik

Hicran Əli qızı Məmmədova 14 iyul 1967-cı ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Bakı şəhərində A.Şaiq adına 54 saylı məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Dövlət Neft-kimya institutuna qəbul olunmuşdur. İnstitutda o vaxtın ən sayılan “Lenin”təqautu ilə təhsil almış, 1989-cu ildə həmin institutun “İstehsal proseslərinin avtomatlaşdırılması “ fakultəsini fərqlənmə diplomu […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda işçi qrupun üzvləri ilə görüş keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov, akademik İbrahim İbrahimovun 110 illiyinə həsr edilmiş konfransın təşkil olunması üçün yaradılmış işçi qrupunun üzvlərini qəbul edib. Professor Misir Mərdanov konfransın yüksək səviyyədə təşkil olunduğu üçün işçi qrupun üzvlərinə öz minnətdrlığını bildirərək onlara təşəkkürnamələr təqdim edib. Alim institutun professor heyətini və bütün […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Qurban bayramı münasibəti ilə tədbir keçirilib

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışan əməkdaşların, sosial rifahının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı ərəfəsində Həmkarlar Təşkilatı tərəfindən institutunun bir sıra  əməkdaşlarına bayram sovqatları paylanılıb. Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent İ. Mirzəzadə əməkdaşlara sovqat paylarını təqdim edərək, müqəddəs Qurban bayramı münasibəti ilə  təbrik edib, hər kəsə […]

Elmi şuranın növbəti iclası keçirilib

5 iyul 2022-ci il AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclası müəssisənin baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib. Professor Misir Mərdanov  institutun şöbələrin 2022-ci ilin 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatları təqdim edib, əldə olunmuş […]

“Elm” qəzetinin yeni sayı nəşr olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirakına dair məlumat yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin açıq iclası, akademik İbrahim İbrahimovun 110 illik yubileyinə həsr olunan konfrans, Tarix Muzeyində Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze ilə görüş, Humanitar Elmlər Bölməsinin […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

30 iyun 2022-ci il saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Atif Akif oğlu Namazovun “Diskret qeyri-xətti dinamik sistemlərə daxil olan parametrlərin təyini üçün proqram təminatinin işlənməsi və tətbiqləri” mövzusunda 1214.01- Dinamik sistemlər və optimal […]