Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dissertasiya şurasının növbəti iclası keçirildi

27 may 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Daşqın Ələkbər oğlu Seyidovun “Müntəzəm cəbrlərin çəkili endomorfizmlərinin spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri riyaziyyat elmləri doktoru, dosent Telman […]

E L A N

AMEA RMİ-nın nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 27 may 2022-ci il tarixli iclasında  saat 1400-da Daşqın Ələkbər oğlu Seyidovun “Müntəzəm cəbrlərin çəkili endomorfizmlərinin spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi İnstitutun […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük  elmi işçisi, f-r.e.n, dos. İbrahim Məhərovun 65 yaşı tamam olur

İbrahim Kamran oğlu  Məhərov 23 may 1957-ci ildə Ağdam rayonunun Şıxlar kəndində  anadan olub. 1979-cu  ildə Azərbaycan Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsini bitirib. 1979-ci ildə təyinatla Azərbaycan EA RMİ-nun Xüsusi Konstruktor Bürosunda böyük laborant kimi işə başlayıb, mühəndis, böyük mühəndis, aparıcı mühəndis  vəzifələrində işləyib.  1990-cı ildə RMİ-nun “Riyazi modelləşdirmə” laboratoriyasına, 1994-cü ildə “Riyazi anzliz” şöbəsinə  […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitunun “Diferensial tənliklər” şöbəsinin 0,5 ştat baş elmi işçisi, r.ü.f.d., professor Bəhram Əliyenin 70 yaşı tamam olur

Bəhram Əli oğlu Əliyev 22 may 1952 – ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. 1973 – cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (indiki ADPU) Riyaziyyat fakütəsini bitirib. 1974–1975 – ci illərdə təyinatla Gürcüstan Respublikasının Qardabani rayonunda riyaziyyat müəllimi vəzifəsində işləyib. 1976 – cı ildə Ordu sıralarında xidmət edib. 1981 – ci […]

“Elm” qəzetinin növbəti sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü yer alıb. Bundan əlavə, akademik Arif Həşimovun AMEA-nın elmi bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüşü, həmçinin akademik Arif Həşimovun Elektron Elm Mərkəzinin inşası ilə əlaqədar keçirdiyi səyyar müşavirə, AMEA-nın Rəyasət […]

Fizika-riyaziyyat elmləri doktoru, professor Alik Malik oğlu Nəcəfovun “Grand Sobolev fəzalarında p-harmonic tipli tənliklərin həllərinin tədqiqi” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Alik Malik oğlu Nəcəfovun “Grand Sobolev fəzalarında p-harmonic tipli tənliklərin həllərinin tədqiqi” mövzusunda məruzə etdi. Məruzə grand Sobolev fəzalarında p-harmonic tipli tənliklərin həllərinin varlığı, yeganəliyi və hamarlıq məsələlərinin araşdırılmasına həsr olunmuşdur. © […]