Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanovun, professor Telman Məlikovun və r.ü.f.d. Samin Məlikin məqaləsi beynəlxalq bazaya daxil olan, Q1 kvartilli jurnalda çap olunmuşdur

Bu günlərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun, baş elmi işçi, fizika riyaziyyat elmləri doktoru, professor Telman Məlikovun və riyaziyyat üzrə fəlsəfə doktoru Samin Məlikin Web of Science bazasına daxil olan “Journal of Computational and Applied Mathematics” jurnalında, “Necessary conditions for the extremum in non-smooth problems of variational […]

“Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlar” mövzusunda seminar keçirilib

19.04.2022-cu il saat 12:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlar“ mövzusunda məruzə edib. Məruzədə multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub. © Bütün […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

15  aprel 2022-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda Şərif Məmməd oğlu «Sobolev bərabərsizliklərində optimal sabitlər və onların tətbiqləri» mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Pandemiya şərtlərinə uyğun keçirilən şurada iddiaçı Şərif […]

“Silesian University of Technology doktoranturaya qəbul proqramını elan edir

Silesian University of Technology (Polşa) doktorantura proqramında iştirak etmək üçün dəvət edir. Bütün xərclər dəvət edən tərəfindən ödənilir. Iştirak etmək üçün əsas şərtlərdən biri – qarşı tərəfdən rəhbərin seçimidir. Proqramın tədqiqat mövzuları ilə https://www.polsl.pl/uczelnia/en/faculties/ saytında tanış olmaq olar. Mövzu seçəndən sonra qarşı tərəflə onlayn görüş təşkil olunacaq. İştirak edənlər adlarını və kontakt məlumatı bildirmək üçün əlaqə: Eldar […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 20 aprel 2022-ci il tarixli 4 saylı iclas protokolunun GÜNDƏLİYİ    Şöbələrin 2022-ci ilin birinci rübü üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında məlumat. AMEA Riyaziyyat və Mexanika İnstitutunda ixtisas fənləri üzrə doktorluq imtahanlarının keçirilməsi haqqında. 2021/2022-ci tədris ilində magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün İxtisaslaşdırılmış Elmi Şuraların yaradılması. II […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 22 aprel 2022-ci il tarixli 1 saylı iclasında saat 1400-da Atif Akif oğlu Namazovun “Diskret qeyri-xətti dinamik sistemlərə daxil olan parametrlərin təyini üçün proqram təminatının işlənməsi və tətbiqləri” mövzusunda 1214.01-Dinamik sistemlər və optimal idarəetmə ixtisasında riyaziyyat üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi […]