Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

20 aprel 2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında RMİ-nin “Funksional Analiz” şöbəsinin r.e.d., professor Nigar Məhər qızı Aslanova «Dördüncü tərtib diferensial operator tənlik üçün sərhəd məsələləri barədə» mövzusunda məruzə ilə çıxış edəcəkdir. Dördüncü tərtib diferensial operator ifadə ilə doğrulmuş minimal operatorun fəzadan çıxmaqla öz-özünə qoşma genişlənmələrinin təyin oblastları verilir, diskret və […]

ELAN

20.04.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat” və “Dalğa dinamikası” şöbələrinin birgə seminarı  keçiriləcəkdir. Seminarda f-r.e.d. Rəsulova Nazilə “Membran dinamikasında avtomodel məsələlərinin yeni həll metodu” mövzusunda çıxış edəcəkdir. Məsələdə əsasən, Smirnov-Sobolevin funksional invariant həllərinin, qapalı hamar kontura malik oblastlar üçün ümumiləşdirilməsinə həsr olunur. Bu yeni həllər, çevik membrana, dairəvi olmayan konusla zərbə məsələsinin, analitik həllini […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunda ED 1.04 dissertasiya şurasının nəzdindəki elmi seminarda 13 aprel 2022-ci il tarixində saat 12-00 -da Gəncə Dövlət Universitetinin dissertantı Rövşən Fərrux oğlu Babayevin “Sobolev-Morri tipli fəzalarda daxilolma teoremləri” mövzusunda 1202.01 – Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilmişdir. İclası “Analiz və funksional analiz” ixtisası […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Əməkdar elm xadimi, əməkdar müəllim, AMEA-nın müxbir üzvü, görkəmli şəxsiyyət Maqsud Əlisimran oğlu Cavadovun anadan olmasının 120 illiyinə həsr olunmuş Elmi sessiya keçirilib

2022-ci il aprelin  13-də  AMEA Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları, başda AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanovla birlikdə Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri, Əməkdar elm xadimi, Əməkdar müəllim, AMEA-nın müxbir üzvü, görkəmli şəxsiyyət Maqsud Cavadovun məzarını ziyarət etdilər. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, İnstitutun baş direktoru, professor Misir Mərdanov […]

Müəllimlər Müəllimi – Maqsud Cavadov – Misir Mərdanov yazır

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Azərbaycan tarixinin son minillik dövründə ən mühüm hadisələrdən  biri hesab edilən Vətən müharibəsindəki parlaq qələbəmizin qazanılmasında, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsində şücaət göstərən igidlərimizin zəfərində heç şübhəsiz müəllimlərin də öz payı, xüsusi xidmətləri vardır. Məhz müəllimlərimizin aşıladığı vətən sevgisi, ilk olaraq bizə […]

Elmi seminarın növbəti iclası keçirildi

12 aprel 2022-ci il saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Məhbubə Ənvər qızı Kərimovanın “Klassik tiplərə aid olmayan sinqulyar həyəcanlanmış diferensial tənliklər üçün bəzi sərhəd məsələlərinin həllərinin asimptotikaları” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə […]