Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

8 Mart – Beynəlxalq Qadınlar Günüdür

Qadınlar bayramı Azərbaycanda geniş qeyd edilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.   Bu gün  Azərbaycan qadınları həyatımızın bütün sahələrində, istər siyasət, istər iqtisadiyyat, istərsə də mədəniyyət sahələrində uğurlu fəaliyyəti zərif cinsin nümayəndələrinin necə böyük bir qüvvəyə sahib olduqlarının təsdiqidir. Qadınlar elm sahəsində aktiv iştirak edir, çalışdıqları […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitunun ED.104 dissertasiya şurasının 04 mart 2022-ci il tarixli (saat 13.00) iclasında Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrasının dosenti, f.-r. e. n. Sabir Qəhrəman oğlu Həsənovun “Kəsr-maksimal, kəsr-inteqral operatorların və onların kommutatorlarının Orliç və ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu meyarları” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru dissertasiya işinin […]

ELAN

09.03.2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n., dos. Əli Əvəz oğlu Babayev “Nəsirəddin Tusinin riyazi əsərlərinin tədqiqində yeni nəticələr ” mövzusunda məruzə edəcəkdir. Məruzədə Nəsirəddin Tusinin “Evklidin şərhi”, “Tozlu lövhənin köməyi ilə hesab toplusu” və digər riyazi əsərlərində riyaziyyat elminə gətirdiyi yeniliklərdən danışılacaq. © Bütün hüquqlar […]

ELAN

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı fəaliyyətini davam etdirir. Seminar hər həftənin çərşənbə günləri  saat 12.00-da başlayır. Növbəti seminar  9 mart 2022-ci il tarixində keçiriləcəkdir. Seminarda professor Kamal Soltanov “Bəzi yeni tərpənməz nöqtə teoremləri” adlı məruzə ilə çıxış edəcəkdir(davamı). Məruzədə Koşinin bir klassik teoremindən istifadə edərək […]

“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü yer alıb. Bundan əlavə, “Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsinə dair Nazirlər Kabinetinin sərəncamı, AMEA Rəyasət Heyəti adından 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın […]

Fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Vaqif Mirəhməd oğlu Mirsəlimov 81 yaşında vəfat etmişdir

O, yeganə azərbaycanlı alim idi ki, sağlığında NASA ilə işləməyə dəvət almışdı. Uzun illər Azərbaycan Texniki Universitetinin Mexanika kafedrasının müdiri vəzifəsində çalışmış Vaqif Mirsəlimov 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, […]