02/03/2022
Bilgəh (28.03 -11.04 — 180 AZN), Bilgəh (31.03 -14.04—250 AZN), Abşeron (16.03 — 150 AZN), Abşeron (07.03 – 21.03—150 AZN), Abşeron (28.03-11.04—150 AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dosent İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
02/03/2022
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin ənənəvi birgə seminarı fəaliyyətini davam etdirib. 2 mart 2022-ci il tarixində növbəti seminar keçirildi. Seminarda professor Kamal Soltanov “Bəzi yeni tərpənməz nöqtə teoremləri” adlı məruzə ilə çıxış etdi. Məruzədə Koşinin bir klassik teoremindən istifadə edərək qeyri-xətti diferensial tənliklər nəzəriyyəsində çox istifadə olunan “iti […]
02/03/2022
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdə duran növbəti məsələ İnstitutun magistrantlarının attestasiyası ilə bağlı olub. Professor Misir Mərdanov çıxışında elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Dövlətimizin başçısının Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq […]
02/03/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Seyfəddin oğlu Əliyev “Indefinit çəkili qeyri-xətti Şturm-Liuvill məsələlərinin həllərinin qlobal bifurkasiyası”mövzusunda məruzə etdi. Məruzədə indefinit çəkili Şturm-Liuvill tənliyi üçün xəttiləşən və xəttiləşməyən qeyri-xətti məxsusi qiymət məsələlərinə baxılacaq. Bu məsələlərin həllərinin sıfırdan və sonsuzluqdan budaqlanan […]
01/03/2022
Konfransda Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutları, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin əməkdaşları iştirak ediblər. Hərbi sahəsində ağıllı texnologiyalar, müasir hərbi texnika mühəndisliyi və kibertəhlükəsizlik sistemləri üzrə ixtisaslı kadrların hazırlanması məsələləri geniş müzakirə olunub. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində alim və tələbələrin mühəndis və hərbiçilərlə birlikdə təcrübə işlər aparılmasının […]
25/02/2022
Azərbaycan Milli Emlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinin iştirakı ilə Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik İbrahim İbiş oğlu İbrahimovun 110 illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” mövzusunda Beynəlxalaq konfrans (29 iyun -1 iyul 2022-ci il, Bakı ş., AMEA Riyaziyyat və Mexanika İnstitutu) keçirir. Tezislər yalnız ingilis dilində […]