Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

11 Fevral Beynəlxalq Qadınlar və Qızların Elmdə İştirakı Günüdür

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib. Günün əsas hədəfi 2030-cü ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir.  Bü günün əsas məqsədi  savadlı gənc alim xanımlarımızı yetişdirmək və onları […]

“Cəbr və riyazi məntiq” şöbəsinin müdiri f.-r.e.n., dosent Əli Əvəz oğlu Babayev Nəsirəddin Tusinin silloqistikası haqqında məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda f.-r.e.n., dosent Əli Əvəz oğlu Babayev Nəsirəddin Tusinin silloqistikası haqqında məruzə edib. Seminarda şöbənin əməkdaşları ilə yanaşı Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi Nazilə Sultanova da iştirak etmişdir. Məruzə Nəsirəddin Tusinin “Əsas ul-iqtibas” əsərində müqəddimələri kateqorik və modal təkliflərdən ibarət olan silloqizmlərə həsr edilmişdir. […]

Lütfi Zadənin qeyri-səlis məntiqi və fizikada qeyri-müəyyənliklər

Qeyri-səlis məntiq riyaziyyatın, azərbaycanlı riyaziyyatçı Lütfi Zadənin təklif etdiyi klassik məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin ümumiləşdirilməsinə əsaslanan bir qoludur. Klassik məntiqi məsələlərdə qiymətlər 1 və ya 0 olmalıdırsa, 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülmüş qeyri-səlis məntiqə görə məsələlərdə qiymətlər [0;1] intervalında olur. İlk dəfə 1930-cu ildə çoxqiymətli məntiq sisteminin klassik məntiqdən fərqlənən variantını təklif […]

AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – Arif Həşimov, İsa Həbibbəyli, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA-nın Şəki Regional Elmi […]

ELAN

23.02.2022-ci il tarixində saat 10:00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında Riyazi analiz şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru, dosent İbrahimov Elman «Qeqenbauer kəsr maksimal operatorunun və onun kommutatorunun ümumiləşmiş Qeqenbauer-Morri fəzasında məhdudluğu» mövzusunda məruzə edəcəkdir. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal operatorunun ümumiləşmiş Qeqenbauer-Morri fəzasında məhdudluğu öyrənilir. Bundan əlavə ümumiləşmiş […]

ELAN

23.02.2022-сi il tarixində saat 12.00-da “Tətbiqi riyaziyyat”, “Dalğa dinamikası” və “Deformasiya olunan bərk cisim mexanikası” şöbələrinin birgə seminarı keçiriləcəkdir. Seminarda RMİ-nin elmlər doktoru hazırlığı üzrə dissertantı Mahir Əliqulu oğlu Mehdiyev  “İçi boş silindir və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası” mövzusunda çıxış edəcəkdir. İş elastik mühitlə […]