02/02/2022
16 fevral 2022-ci il tarixində saat 10-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında dosent Bağırov Şirmayıl «Bəzi yarım-xətti elliptik və parabolik tənliklərin sonsuz oblastda qlobal həllinin yoxluğu» mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə sonsuz oblastda ikinci və dördüncü tərtib elliptik, parabolik tənliklər və tənliklər sisteminin qlobal həllərinin yoxluğu məsələsi öyrənilir. Qlobal həllərin yoxluğunu təmin edən […]
02/02/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin f-r.e.n., dos. Güldəstə Məmmədova “Silindirik torun yükləmə dalğası” mövzusunda məruzə etdi. İşdə torun hərəkət tənlikləri əsasında ümumi halda silindrik torun hərəkət tənlikləri qurmuşdur. Dalğaların yayılması variantları elastik liflər torun əsas vəziyyətində müəyyən edilmiş, boşaltma dalğalarının əvvəlcədən gərginləşdirilmiş torda yayılması problemi həll […]
02/02/2022
Tədbiri giriş sözü ilə elmi müəssisəsinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. O, öncə müstəqil Azərbaycan gənclərini bayram günü münasibətilə ürəkdən təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb. Alim bildirib ki, 2 feval tarixinin Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu, Heydər Əliyevin […]
02/02/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Nazilə Rəsulova “Yer qabığı strukturunun, zəlzələ zamanı yaranan dalğa proseslərinə təsiri” mövzusunda məruzə etdi. Təqlim edilən işdə, Azərbaycan Respuçlikasının müəyyən bölgəsində (Lənkəran r-u), zəlzələdə yaranan təkanların çox fərqli şəkildə baş verməsinin səbəbləri araşdırilmışdır. Bu bölgədə […]
01/02/2022
Abşeron (09.02-23.02 — 150 AZN), Abşeron (26.02-12.03 — 150 AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə, dosent İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları götürülməsi mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.
01/02/2022
Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir. İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. […]